ELM

Azərbaycan təhsilində qeyri-adi yenilik

© Sputnik / Rahim MuradovHəbib Əlizadə dərs vaxtı
Həbib Əlizadə dərs vaxtı - Sputnik Azərbaycan
Abunə olmaq
"Şagirdlərimi tarix fəninə daha da həvəsləndirmək üçün bu üsuldan istifadə edirəm"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Elm insanı ucaldır və insanı Allaha bağlayır. İnsanın əldə etdiyi ən dəyərli peşələrdən biri də müəllimlikdir. Müəllim isə dərs dediyi fənni yaxşı bilməklə yanaşı, həm də şagirdləri ilə münasibət qura bilməli, onlarda tədris etdiyi dərsə sevgi və hörmət yaratmalıdır.

Astaranın ucqar dağ kəndindən olan və tarix dərsi vermək üçün Lənkəranın ucqar dağ kəndinə — Gəgirana köçən, 26 yaşlı Həbib Əlizadə maraqlı üslubdan istifadə edir. O, Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyir ki, kurikulum tədris metodu müəllim və şagirdlərə bir çox yeniliklər yaratmağa imkan verir.

Kurikulum artıq 10 ildir ki, ölkəmizdə də tətbiq edilir. Həbib Əlizadə isə Azərbaycanda tarix fənnini rep üslubunda tədris edən ilk və yeganə müəllimdir.

© Sputnik / Rahim MuradovLənkəran rayonu Gəgiran kənd orta məktəbi
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi - Sputnik Azərbaycan
1/4
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi
© Sputnik / Rahim MuradovLənkəran rayonu Gəgiran kənd orta məktəbi
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi - Sputnik Azərbaycan
2/4
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi
© Sputnik / Rahim MuradovGəgiran kənd orta məktəbində tədris prosesi
Gəgiran kənd orta məktəbində tədris prosesi - Sputnik Azərbaycan
3/4
Gəgiran kənd orta məktəbində tədris prosesi
© Sputnik / Rahim MuradovGəgiran kənd orta məktəbində tədris prosesi
Gəgiran kənd orta məktəbində tədris prosesi - Sputnik Azərbaycan
4/4
Gəgiran kənd orta məktəbində tədris prosesi
1/4
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi
2/4
Lənkəran rayonu Gəgiran kənd orta məktəbi
3/4
Gəgiran kənd orta məktəbində tədris prosesi
4/4
Gəgiran kənd orta məktəbində tədris prosesi

Müsahibimiz 1991-ci ildə Astaranın ucqar dağ kəndində doğulduğunu deyir: "2008-ci ildə Şüvi kənd tam orta məktəbini bitirdim və elə həmin il də Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinə qəbul oldum. 2012-ci ildə Tarix və İctimaiyyət ixtisasi ilə universiteti bitirdikdən sonra öz ixtisasım üzrə deyil, kompüter sahəsi üzrə işlərdə çalışdım, paralel olaraq bölgəmizin və xüsusən də Astaramızın qədim tarixini araşdırmaqla məşğul oldum".

"2015-ci ildə müəllimlərin işə qəbulu imtahanında uğurlu nəticə əldə edərək Lənkəranın Gəgiran kəndi orta məktəbində təyinat aldım. Dərslərimiz kurikulumla proqramı ilə keçirilir. Tarix fənni olduğu üçün şagirdlərlə daha çox müzakirələr aparıram" — o bildirir.

H. Əlizadə bir sıra tədris üsullarından istifadə etdiyini qeyd edir: "Xarici, xüsusən də Türkiyə mediasını çox izləyirəm. Bir dəfə qardaş ölkədə müəllimin rep üslubunda dərs dediyini gördüm və bu, mənim marağıma səbəb oldu".

Qapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Şagirdlər həyətlərindən topladıqları mərmiləri məktəbə gətirirlər ki..."

"Ötən il ilk dəfə Astarada məktəbə yay hazırlığı vaxtı rep vasitəsilə uşaqlara tarixi başa salmağa başladım. Həmin vaxt bu üslubun şagirdlərin xoşuna gəldiyini və tarixi daha maraqla öyrəndiklərini gördüm. Beləcə, ara-sıra dərsləri replə deməyə başladım" — həmsöhbətimiz vurğulayır.

"İlk dəfə tam geniş formatda isə bu ilin may ayında Gəgiran kənd məktəbinin 6 və 7-ci siniflərində, 28 May Respublika Gününə həsr edilən tarix dərsini "Rap Battle" üslubunda keçirdik. Nəticə gözlədiyimdən də əla oldu, bütün uşaqlar dərsdə iştirak etdilər. Dərsi tam rep kimi demirəm. Yəni, "beat music" səsləndirilir və mən tarixi xronologiyanı, başqa tarixi hadisələri rep formasında deyirəm" — müəllim əlavə edir.

Həbib Əlizadə bildirir ki, bu ilin iyun ayında tələbələrə paylanılması üçün çoxlu kitablar hədiyyə edilib. Lakin dərs ili başa çatdığına görə, şagirdlər məktəbdə olmayıblar və o, bu kitabları öz velosipedi ilə uşaqlara paylamağa başlayıb.

Xəbər lenti
0