ELM

Azərbaycanda tətil günləri elan olundu

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər

BAKI, 13 noyabr — Sputnik. Təhsil Nazirliyi məktəblilərin payız tətili günləri ilə bağlı açıqlama verib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-2018-ci dərs ilinin ilk tətili — payız tətili 16-20 noyabr tarixlərində olacaq.

"Şagirdlər noyabrın 16-da dərsə getməyəcəklər. Həmin gün tətilin ilk günü olacaq. Noyabrın 21-də isə dərs başlayır" — nazirlikdən bildirilib.

Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.

Xəbər lenti
0