Azərbaycan dilinə daxil edilmiş yeni sözlər

Dilimizə yeni sözlər daxil edildi

801
(Yenilənib 15:16 26.10.2017)
Azərbaycan dilinə yeni sözlər əlavə olundu

BAKI, 26 oktyabr — Sputnik. Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: "Zaryadka" — "yükləmə", "adapter" – "yükləyici", "embarqo" — "qadağa", "evakuasiya" — "köçürülmə", "proqnoz" – "öncəgörmə", "konsensus" – "yekdillik", "kserokopiya" – "üzçıxarma", "like" — "bəyənmə", "mesaj" – "ismarıc" kimi təsdiqlənib".

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompüter "mouse"nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.

801
Teqlər:
söz, Nazirlər Kabineti, Azərbaycan dili
Əlaqədar
Məhərrəmli: “Dil xətalarına görə cərimələrin tətbiq edilməsi yolverilməzdir”
Deputatlar dil imtahanından keçəcək: Kim onu verə biləcək, kim yox?
“Sizə bir neçə axmaq adam sayaram ki, 5 dil bilir”
Dil haqqında bunu bilirdiniz?