Auditoriyada tələbələr, arxiv şəkli

Azərbaycan təhsili dünya reytinqində

64
(Yenilənib 21:56 13.10.2017)
Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, "Ali təhsil və təlim" indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.

Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə "Təhsil sisteminin keyfiyyəti" göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), "İdarəetmə məktəblərinin keyfiyyəti" göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), "Riyaziyyat və elmi təhsilin keyfiyyəti" göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), "Kadr hazırlığı dərəcəsi" göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), "Yerli ixtisaslaşmış təlim xidmətləri" 35 pillə (79-cu yerdən 44-cü yerə), "Məktəblərdə internetə çıxış" göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.

Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.

“Ali təhsil və təlim” indeksini formalaşdıran göstəricilərin illər üzrə dinamikası 

Göstəricilər

İllər

2014/15

2015/16

2016/17

2017/18

Artım

“Təhsil sisteminin keyfiyyəti”

104

107

72

35

+69

“Riyaziyyat və elmi təhsilin keyfiyyəti”

108

104

80

66

+42

“İdarəetmə məktəblərinin keyfiyyəti”

124

121

89

72

+52

“Məktəblərdə internetə çıxış”

69

68

56

41

+28

“Yerli ixtisaslaşmış təlim xidmətləri”

79

82

69

44

+35

“Kadr hazırlığı dərəcəsi”

94

90

82

51

+43

“Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə

90

89

78

68

+22

64
Əlaqədar
Təhsil sərgisinin ən orijinal stendi
Təhsil Nazirliyi vətəndaşların narahatlığına aydınlıq gətirdi
Ya təhsil haqları aşağı salınmalı, ya da...
Təhsil Nazirliyi yekun qərarını açıqladı
Təhsil nazirindən yeni imtahan modeli açıqlaması

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

4264
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

4264
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

2445
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

2445
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov

Professor: “Koronavirusa yoluxmaların sayının yenə azalacağı gözlənilir”

0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyir ki, yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil
Akif Qurbanov: “Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür”

“Ölkədə hazırkı epidemioloji vəziyyət tam nəzarət altındadır. Görülən tədbirlər nəticəsində yoluxma sayları əhəmiyyətli dərəcədə azalıb. Hazırkı vəziyyət böyük narahatlıq doğurmur”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor Akif Qurbanov bildirib ki, əgər vəziyyət belə davam edərsə, yoluxmaların sayının yenə azalacağı gözlənilir:

“Bu zaman bəzi məhdudiyyətlər olmaq şərti ilə öz sərbəst həyatımızı davam etdirə biləcəyik. Yoluxma sayı paytaxtda çox olsa da, bölgələrdə bu məlumatlar dəyişir. Əgər gələcəkdə hər hansı bir bölgədə yoluxma sayı kəskin şəkildə artarsa, orada lokal karantin tədbirləri tətbiq edilə bilər. Hələ ki, belə tədbirlərə ehtiyac yoxdur. Yoluxma saylarının azalması koronavirusun təsir gücünün azalması demək deyil. Azərbaycanda koronavirusa qarşı peyvəndin hazırlanması real görünür. İnanıram ki, yaxın vaxtlarda bizim də milli peyvəndlərimiz, başqa preparatlarımız olacaq”.

Akif Qurbanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0