Dərslik, arxiv şəkli

Dərs vəsaitimizdə "Böyük Ermənistan"dan sonra daha bir biabırçılıq

6626
(Yenilənib 17:59 09.10.2017)
Azərbaycanda daha bir dərs vəsaiti biabırçılığı

BAKI, 9 oktyabr — Sputnik. Tarix dərsliyində Azərbaycanın "Böyük Ermənistan"ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb. Sputnik Azərbaycan Bakupost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal" şirkəti tərəfindən təqdim olunan bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır".

Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib
© Photo : OXU
Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib

Qeyd edək ki, Nizami Gəncəvinin fars şairi, onun əsərlərinin fars ədəbiyyatının incisi kimi təqdim olunması həmişə böyük qalmaqala səbəb olub. İran dövləti birmənalı olaraq, onu fars ədəbiyyatının nümayəndəsi kimi təqdim edir. Lakin ədəbiyyatşünaslığa görə, ədəbi əsərin milli olması üçün yalnız onun dili kifayət etmir. Hər bir əsəri milliləşdirən ruh, məna və məzmundur. Vaxtilə finlərin məşhur vətənpərvər şairləri əsərlərini İsveç dilində yazıblar. İrlandiya ədəbiyyatının müəyyən hissəsi ingilis dilində yazılıb. XVIII əsrdə fransız olmayan yazıçılar əsərlərini fransız dilində yazırdılar. Çünki bu, elm və ədəbiyyat dili idi. İslam şərqində isə bu dəyəri fars dili daşıyıb.

6626
Teqlər:
"Böyük Ermənistan", dərslik, şair, Nizami Gəncəvi, tarix, Azərbaycan
Əlaqədar
Dərsliklərdə səhvlər aşkarlanıb
Dərsliklər ictimai müzakirəyə çıxarıldı
Dərslik müəllifi olmaq şansınız var
Ekspert: "Azərbaycanda dərsliklər beynəlxalq standartlara cavab vermir"
Məktəb

Yarıbayarı azalan Qubadlı məktəbləri qayıdış həsrətində

18
(Yenilənib 14:39 26.10.2020)
Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5 414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6 320 olub

BAKI, 26 oktyabr — Sputnik. Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1992-1993-cü tədris ilində Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6320 olub.

18
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
Qubadlı quş uçuşundan - FOTO
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, arxiv şəkli

Milli Qəhrəman şəhid adı daşıyan məktəblərin sayı açıqlandı

27
(Yenilənib 12:48 26.10.2020)
Bakıda fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır

BAKI, 26 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir. Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır. Azərbaycan xalqı Milli Qəhrəmanların və şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycan əsgəri bu gün də misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. Şanlı ordumuz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir. Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anır, ön cəbhədə rəşadətlə mübarizə aparan əsgərlərimizə böyük qələbə sevincini yaşamağı arzulayır və tezliklə işğal altında olan digər torpaqlarımızda da üçrəngli bayrağımızın dalğalanacağına əminliyimizi ifadə edirik.

27
Dağlıq Qarabağ, arxiv şəkli

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

4
(Yenilənib 18:05 26.10.2020)
"Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Kəlbəcərin "İstisu" sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları... Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

Tarixçi Kamal İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sırada ilk növbədə kurort şəhəri Şuşanın adını çəkmək lazımdır. Həmsöhbətimiz bildirir ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyur:

"Hələ qədimlərdən Şuşa şəhərinin, Cıdır düzünün havası, İsa bulağı, Turşsu, Şirlan bulaqlarının suyu bir çox xəstəliklərdən, o cümlədən ümumi halsızlıq, qanazlığı, qapalı vərəm və s. xəstəliklərdən şəfa tapmaq üçün uzaq-uzaq diyarlardan gələn xəstələrə məlhəm olub. Şuşanın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq XX əsrin ortalarında burada şəhərin kurort mərkəzi kimi inkişaf etdirilməsi qərara alınıb. Qısa müddət ərzində burada müasir sanatoriya korpusları və müəssisələri tikilib və şəhər SSRİ-nin bütün respublikalarından qonaq qəbul edən kurort şəhərinə çevrilib. Şuşa şəhəri 1991-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilərək, şəhərin yalnız azərbaycanlılardan ibarət olan bütün əhalisi öz doğma ocaqlarından deportasiya olunubdur.

Qarabağ torpağının digər təbii zənginliklərindən biri də İstisu mineral su bulağı və bu bulaq üstündə yaradılmış İstisu kurortudur. Öz səmərəliyinə görə Gürcüstanın Sxaltuba suyunu geridə qoyan İstisu kurortunun yerləşdiyi Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. İstisu kurortunu ələ keçirən Ermənistan eyniadlı məşhur müalicəvi mineral suyun adını dəyişib və "Cermux" adı ilə xarici ölkələrə satmağa başlayıb".

Tarixə nəzər salsaq, görərik ki, Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi.

Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Ağdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı. Şuşa Sanatoriya-Kurort Birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış kompleksi də var idi. Bütün bunlarla yanaşı, şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

Ağdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriya inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həm də müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaradıb. Müəssisəyə təqdim edilmiş Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən, qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansındadır.

Göründüyü kimi, Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edən zaman Qarabağa turizm marşrutu kimi diqqət ayırmağa, onun unudulmasına imkan verməməyə çalışsalar da, buna çox zaman imkan verilməyib. Onun sözlərinə görə, ermənilər bu sahədə də təxribata əl atmaqdan çəkinməyiblər: "Onlar beynəlxalq tədbir və sərgilərdə Qarabağı ayrı stend kimi göstərirdilər. Hətta Qarabağı Ermənistan xəritəsində göstərirdilər. Biz, təbii ki, buna etirazımızı bildirirdik".

R.Quliyev deyir ki, əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutu mövcuddur:

"Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır".

R.Quliyev bildirir ki, Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər: "Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.

Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq".

R.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq: "Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək".

Dövlət Turizm Agentliyindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi ilə bağlı artıq işlərə başlanıldığını, bu günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcəyini söylədilər.

4
Teqlər:
marşrut, Naxçıvan, Azıx mağarası, Xudafərin, Ağdam, İstisu, Kəlbəcər, Şuşa, Qarabağ, turizm
Əlaqədar
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
"Xırdalıqlar" içində itən tibb ocağı: Onun özünün şəfaya ehtiyacı var - FOTOLAR
Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq - Samir Dübəndi