Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Təhsil Nazirliyi vətəndaşların narahatlığına aydınlıq gətirdi

163
(Yenilənib 21:41 07.10.2017)
Təhsil Nazirliyi mətbuatda rusdilli məktəblərdə “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib

BAKI, 7 oktyabr — Sputnik. Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib:

"Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.

X sinif “Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib" — deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.

Məsələ ilə bağlı araşdırma aparılır.

163
Əlaqədar
Təhsil işçiləri qəzaya düşdülər
Ya təhsil haqları aşağı salınmalı, ya da...
Təhsil Nazirliyi yekun qərarını açıqladı
Təhsil Nazirliyi dərslərin ayın neçəsindən başlayacağını açıqladı

Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi

78
Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib

BAKI, 29 sentyabr — Sputnik. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir. Xəbərdə qeyd edilir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

78
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

1529
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

1529
(1:26 / 9.10Mb / просмотров видео: 3)

"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar VİDEO

3
Bu gün minlərlə vətəndaşımız göz qırpmadan Vətəni azad etmək uğrunda döyüşə atılmaq istəyir. Tovuz sakinlərinin tərəddüdsüz hazırlığını videomuzda izləyin.

İyul ayında baş verən Tovuz döyüşləri gənclərimizdə, eləcə də orta yaşlı nəsil arasında döyüş ruhunu yenidən alovlandırıb. Buna görə də gənclər, keçmiş döyüşçülər kütləvi şəkildə könüllü orduya getmək üçün müraciət edirlər.

Tovuz sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə öz fikirlərini paylaşıb, hər an döyüşə hazır olduqlarını, işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər. Onların cavablarını videomuzda izləyin.

3
Teqlər:
Tovuz, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi