ELM

Valideynlər çətin durumda: iş dəftəri alınmalıdır, ya yox?!

© Sputnik / Anar Mustafayevİş dəftərləri
İş dəftərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Düzgün istifadə olunsa, iş dərtərləri həm müəllimlər, həm də şagirdlər üçün dərs prosesində müsbət nəticənin əldə olunmasına kömək edir"

BAKI, 28 sentyabr — Sputnik. Məktəblilərin iş dəftərlərini alması könüllü xarakter daşıyır.

Bunu Sputnik Azərbaycan-a AR Təhsil Nazirliyindən bildiriblər. Qeyd edilib ki, iş dəftərləri dərsliklərlə paralel şəkildə istifadə üçün nəzərdə tutulan əlavə vəsaitdir və ondan istifadə məcburi xarakter daşımır.

Nazirliyin məlumatına görə, dövlət ümumtəhsil müəssisələrində məktəblilər pulsuz dərsliklərlə təchiz edilir. O dərsliklərdə adi dəftərlərdə həll edərək dərs proqramını tamamilə mənimsəməyin mümkün olduğu kifayət qədər tapşırıq var. Lakin dərsliklərin hazırlandığı nəşriyyatlar həmçinin onların məzmununa uyğun olan iş dəftərlərini də dərc edir və onları azad satışa buraxır.

Nazirliyin ekspertinin dediyinə görə, bu, tamamilə təbii və azad prosesdir. Buna görə də, Nazirlik ona müdaxilə etmir və iş dəftərlərinin alınması ilə bağlı konkret tələb qoymur. 

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
Qəbul imtahanları ilə bağlı mühüm qərar verilir: 700 ballıq sistem...

Bununla belə, valideynlər hər il iş dəftərlərinin alınması ilə bağlı narazılıqlarını dilə gətirirlər. İş dəftərləri təkcə "Rus dili" və "Riyaziyyat" kimi fənnlərə əlavə kimi deyil, eləcə də digər fənlərə də əlavə olaraq çap edilir. Baxmayaraq ki, məktəblər dərslikləri uşaqlara pulsuz verir, dərs ili yeni başlayanda qalan zəruri məktəb ləvazımatlarını yenə də valideynlər pulla almalı olur. Yeni dərs ilində iş dəftərlərini də almaq zərurəti yaranır. Bir çox hallarda bu əlavə ləvazımatların hamısına birlikdə 100 manatdan çox pul xərcləmək lazım gəlir. Bir çox hallarda bu, imkansız ailələrin büdcəsini aşır.

Yeri gəlmişkən, əlavə vəsaitlərə 100-150 manat ödənilməsi barədə deyilənlər tamamilə realdır. Misal üçün təkcə ikinci sinif şagirdlərinə 10 dərslik verirlər. Bir iş dəftərinin qiyməti 6 manatdan yuxarıdır. İldən-ilə məktəb ləvazımatlarının sayı artır. Əlavə olaraq pedaqoqlar fənn üzrə testləri və əlavə ədəbiyyatı da almağı tapşırırlar. Misal üçün, rus bölmələrində təhsil alan şagirdlər rus ədəbiyyatını da almalıdırlar.

Amma elə hallar da olur ki, pedaqoqlar tamamilə iş dəftərlərindən istifadədən imtina edirlər. Belə olan təqdirdə də valideynlər yenidən narazılıq edirlər ki, niyə iş dəftərləri üzərində iş aparılmır.

Eyni zamanda, paytaxt məktəblərinin direktorlarından biri (tutduğu postla əlaqədar olaraq adının açıqlanmamasını xahiş edib- red.) iş dəftərlərinə ehtiyac duyulğunu ifadə edib. Onun sözlərinə görə, bu vəsait lazımlıdır və pedaqoqun və uşağın əməyini yüngülləşdirməyə xidmət edir. İş dəftrələrində bir çox tapşırıqlar artıq yazılmış olur. Təkcə qalır məsələləri həll etmək. İş dəftərindən istifadə eyni zamanda tədris prosesini sürətləndirir. Bundan əlavə, orada müəllim üçün əlavə materiallar var. Lakin iş dəftərlərinin pulsuz yayımı təmin edilmir. Buna görə nazirlik onları satın almağı məcbur edə bilməz. 

ДТП на трассе Баку-Сумгайыт - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tələbə faciəsinə səbəb olan sürücü ilə bağlı elə faktlar ortaya çıxdı ki...

"Əgər valideynlər öz uşaqlarının gələcəyini, onun təhsilini düşünürlərsə, iş dəftəri eynilə kontur xəritə kimi lazımlıdır" — deyə direktor bildirir. Onun fikrincə, əgər iş dəftərindən düzgün istifadə olunsa, şagirdin bilikləri dəfələrlə artacaq. Sadəcə, pedaqoqlar bu vəsaitdən düzgün istifadə edə bilmirlər, valideynlər və uşaqlar isə ümumiyyətlə başa düşmürlər ki, bu, onların nəyinə lazımdır. Amma yaxşı müəllim bu vəsaitlərin köməyilə elə dərs prosesindəcə uğura nail ola bilər.

Direktor onu da əlavə edib ki, dövlət uşaqları pulsuz müəllim və təhsillə təmin edir. Qalan şeyləri — karandaşlardan tutmuş qlobuslara qədər valideynlər özləri almalıdır. Eləcə də internetə giriş əldə etməlidirlər ki, uşaqlar bundan dəsrlərə hazırlaşarkən istifadə edə bilsin. İnternetin imkanlarından istifadə etmədən, xüsusilə yuxarı sinif şagirdləri geri qala bilərlər.

Xəbər lenti
0