ELM

"Artıq 600-dən yuxarı bal toplayan abituriyentlər də müəllimlik peşəsini seçirlər"

© Sputnik / Kamilla AliyevaTəhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov - Sputnik Azərbaycan
Abunə olmaq
Fərzəli Qədirov: "Aparılan işlərin nəticəsi olaraq müəllim peşəsinə maraq artıb"

BAKI, 13 sentyabr — Sputnik. 2017-ci ildə Azərbaycanda 61 yeni məktəb inşa olunub. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

O bildirib ki, müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı da ciddi addımlar atılıb: "Aparılan işlərin nəticəsi olaraq müəllim peşəsinə maraq artıb. Ali təhsil müəssisələrinə qəbul ötən ilkindən yüksəkdir. Keçən ilə nisbətən qəbul 11,5 faiz artıb. Artıq 600-dən yuxarı bal toplayan abituriyentlər də müəllimlik peşəsini seçirlər".

Xəbər lenti
0