Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi

Müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflər var

2722
(Yenilənib 22:43 11.09.2017)
"Müəllimlik təkcə yüksək bal toplamaq deyil, eyni zamanda, yüksək psixoloji hazırlıq olmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir. Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: "Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb".

E. Bağırov qeyd edib ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əmək haqları artırıldı: "Artıq Prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əmək haqqı alacaqlar".

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda orta ümumtəhsil məktəblərində çalışmaq istəyən müəllimlərin işə qəbulu ilk dəfə olaraq 2009-cu ildən etibarən mərkəzləşmiş qaydada keçirilməyə başlayıb: "Yəni, 2009-cu ildə ilk dəfə olaraq Bakı şəhərində keçirilib, 2011-ci ildən isə bütün respublika ərazisini əhatə etməyə başlayıb. O vaxta qədər müəllimlərin işə təyin olunması məktəb direktorlarının, rayon təhsil şöbələrinin birbaşa səlahiyyətlərinə aid idi".

"Həmin vaxt ciddi şəkildə qanun pozuntularına yol verilirdi. Lakin mərkəzləşmiş qaydada imtahanlar keçirilməyə başlayandan sonra bu hallar yox həddinə çatıb. Amma buna baxmayaraq, yenə də həmin aidiyyəti qurumlar mərkəzləşmiş imtahandan kənar müəllimlərin işə qəbulunu həyata keçirməyə başlayıb" — ekspert bildirib.

Onun sözlərinə görə, ümumilikdə prosesin keçmişinə baxanda müəllimlərin işə qəbulu 2016-cı ilədək yalnız test mərhələsindən ibarət idi: "Yəni, kimsə test mərhələsində seçdiyi yer üzrə ən yüksək bal toplayırdısa, birbaşa həmin yerə təyin olunurdu. Bu zaman ciddi problemlər ortaya çıxırdı. Yəni, müəllimlərin psixoloji, fizioloji, ideoloji baxımdan müəllimlik peşəsinə yararlı olub-olmadığını müəyyən etmək mümkün deyildi. Bu ildən etibarən ilk dəfə, yəni, test mərhələsindən sonra müəllimləri müsahibə mərhələsinə dəvət ediblər".

"Bu, yenə azdır. Birincisi, bu il ilk dəfə olaraq ölkəmizdə rekord həddə vakant yer çıxarılıb. Bunun qarşılığında yenə rekord həddə müəllim olmaq istəyənlər elektron ərizə veriblər. Bu il 10 minə yaxın boş plan yerinə 50 mindən çox elektron ərizə qəbul edilib. Nəticə etibarı ilə kifayət qədər böyük sayda insan bal topladı və müsahibə mərhələsinə buraxıldı" — Əsədov vurğulayıb.

Ekspertin fikrincə, müsahibə mərhələsi həmin şəxsin müəllimlik peşəsinə yaralı olub-olmadığını müəyyən etmək üçün tam deyil: "Birincisi, komissiya üzvlərinin heç də hamısı bunu yoxlamaq qabiliyyətinə malik deyil. Eyni komissiya həm tarix, həm ibtidai, həm də biologiya müəllimini yoxlayır. Yoxlayan şəxslərin də heç də hamısı pedaqoji fəaliyyətlə uzun müddət məşğul olanlar deyil".

Müsahibimizin sözlərinə görə, ən vacib nüanslardan biri müəllim kimi çalışacaq şəxsin psixoloji bilik və bacarıqlara malik olub-olmamasıdır: "Müəllimlik təkcə yüksək bal toplamaq deyil, eyni zamanda, yüksək psixoloji hazırlıq olmalıdır. Birincisi, müəllimliyə qəbulda psixoloji testlər əlavə oluna bilər. İkincisi, müəllimlik vəzifəsinə qəbul edilmiş şəxslər təkcə qəbul edildiyi ildə deyil, 6 aydan və 1 ildən sonra yenidən müsahibə mərhələsinə cəlb olunmalıdır. Hesab edirəm ki, mütləq sınaq müddəti müəyyən olunmalıdır".

"Heç bir halda müəllimliyə qəbulu rayon təhsil şöbələrinə, məktəb direktorlarına həvalə etmək olmaz. Çünki bu zaman onlar şəxsi maraqlarını güdəcəklər" – deyə o bildirib.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə ehtiyac var: "Müəllim peşəsinə yiyələnən adam ali məktəbi bitirən kimi o peşəyə yiyələnmir. O, mütləq, ən azı 1 il işləməlidir. Ali məktəbdə nəzəri hazırlıq keçirilir, müəyyən fənlər üzrə ixtisas hazırlığı keçirilir, amma fənlər üzrə biliklərin ötürülməsi metodik bacarıq tələb edir. Metodik bacarıq isə pedaqoji prosesdə, yəni, təcrübədə formalaşır".

Ekspertin qənaətincə, ali məktəbi bitirən məzunlar 1 il təcrübə keçməlidirlər: "1 ildən sonra isə gəlib imtahan verə bilərlər. Digər məsələ odur ki, test imtahanı peşə hazırlığında mühüm əhəmiyyət daşımır. Düşünürəm ki, qəbul qaydalarının təkmilləşdirilməsinə ehtiyac var".

2722
Teqlər:
işə qəbul, Eşqi Bağırov, təhsil eksperti, Əjdər Ağayev, qaydalar, Sputnik Azərbaycan, Kamran Əsədov, Təhsil Nazirliyi, müəllim
Əlaqədar
Nazirlikdən müəllimlərin işə qəbulu ilə bağlı açıqlama
İmtahanda fırıldaq işlətmək istəyən dörd müəllim faş edilib
Müəllim və direktorların işə qəbulunun detalları bəlli oldu
Müəllim qeyri-pedaqoji yolla pul qazanmaq istərkən həbs olundu
Bu məktəbdə müəllimlər silah gəzdirəcəklər
Keşikçidağda aşkarlanan tarixi abidə

Daha bir ərazimizdə arxeoloji abidələr aşkarlandı

13
"Qaltan dərəsi" adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.

BAKI, 23 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb. Sputnik Azərbaycan-a Dövlət Xidmətindən verilən məlumata görə, yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb. Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparıldı. "Qaltan dərəsi" adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb.

İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və "o dünyaya yolda azuqəlik" kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.

  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə qədim əşyaların qalıqları
    © AR Ministry of Culture
  • "Keşikçidağ"da aşkarlanan tarixi abidə
    © AR Ministry of Culture
1 / 5
© AR Ministry of Culture
"Keşikçidağ"da aşkarlanan tarixi abidə

"Karvandərəsi" adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib.

Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.

Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilib.

Əldə olunan nəticələr göstərir ki, "Keşikçidağ kurqanlar vadisi" qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.

13
AMEA-nın binası, arxiv şəkli

AMEA-da yenilik edilib, Rəyasət Heyəti...

13
(Yenilənib 14:28 23.01.2021)
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

 

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı "AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında" qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.

Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.

AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.

13
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0