Mikayıl Cabbarov

Təhsil nazirindən yeni imtahan modeli açıqlaması

1079
(Yenilənib 14:08 12.09.2017)
Qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması ilə bağlı işçi görüş keçirilib

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycanda iki il sonra qəbul və buraxılış imtahanlarında tətbiq ediləcək yeni modelin hazırlanması istiqamətində işçi görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov açıqlama verib.

O bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüş təşkil olunub: "İctimaiyyət bu prosesin mərhələləri ilə bağlı məlumatlandırılacaq".

M. Cabbarov əlavə edib ki, təklif olunan formata dair məlumatlar ictimaiyyətə açıqlanacaq: "Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi imtahanlarda tətbiq olunacaq yeniliklə bağlı birlikdə işlər aparır. Azərbaycanın məktəblərində 9 il öncə yeni proqram — kurikkulum tətbiq edilib".

"Layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daima həyata keçirilir" — nazir vurğulayıb.

1079
Teqlər:
təhsil naziri Mikayıl Cabbarov, yeni model, buraxılış imtahanları, qəbul, Azərbaycan
Əlaqədar
“Test üsulunda yeniliklərə zərurət var”
"Azərbaycanda test deyil, testin formatı ləğv ediləcək"
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
: Distant təhsil, arxiv şəkli

Xaricdə distant təhsilin diplomları tanınacaq

4
(Yenilənib 16:42 25.09.2020)
Vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Nostrifikasiya" və "Mütəmadi verilən suallar" bölmələri ilə tanış olmaları tövsiyə edilir.

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq.

Eyni zamanda vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Nostrifikasiya" və "Mütəmadi verilən suallar" bölmələri ilə tanış olmaları tövsiyə edilir.

4
Teqlər:
Təhsil Nazirliyi, nostrifikasiya, diplom, xaricdə təhsil
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

725
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

725
Varşavada Polşa XİN-nin binası, arxiv şəkli

Polşa Belarusla diplomatik münasibətləri kəsməkdən imtina etdi

0
(Yenilənib 18:29 25.09.2020)
Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

BAKI, 25 sentyabr — Sputnik. Rəsmi Varşava Minsklə diplomatik münasibətləri kəsməkdən imtina edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Polşa hökuməti Belarusla diplomatik münasibətləri dəstəkləyir və onu kəsmək niyyətində deyil. Beləliklə, rəsmi Varşava Aleksandr Lukaşenkonu legitim prezident olaraq tanımamasına baxmayaraq Minsklə əlaqələri saxlamaq istəyir.

Qeyd edək ki, Belarusa qonşu ölkələr – Latviya, Litva və Polşa artıq Belarusun siyasi böhrandan çıxması üçün kömək planı hazırlayıb. Bundan əlavə, Varşava müxalifət və Minsk arasında dialoqda vasitəçi olmağa hazırdır, lakin digər iştirakçıları vəziyyətə müdaxilə etməməyə çağırır.

Xatırladaq ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

0