ELM

Azərbaycanda mühüm prosesə start verildi

Abunə olmaq
"Elektron Təhsil" Respublika müsabiqəsinə başlanıb

BAKI, 6 sentyabr — Sputnik. Sentyabrın 6-da "Elektron Təhsil" Respublika müsabiqəsinə start verilib. Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yeni tədris üsullarını təşviq etməkdir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyindən valideynlərə çağırış

Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçirilir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı www.musabiqe.edu.az saytından almaq mümkündür.

"Elektron Təhsil" Respublika müsabiqəsində münsif və ya ekspert qismində iştirak etmək istəyən şəxslər bu ÜNVANA daxil ola bilərlər.

Müsabiqə "AzEduNet", "Ultra", "Edumedia Azərbaycan", "Nar" mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunacaq.

Xəbər lenti
0