Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil Nazirliyindən valideynlərə çağırış

634
(Yenilənib 11:47 29.08.2017)
Şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb

BAKI, 29 avqust — Sputnik. 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur: "Şagirdlərdən və ya şagirdlərin valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir".

634
Teqlər:
ümumtəhsil məktəbləri, Cəsarət Valehov, şagird, təhsil, Təhsil Nazirliyi
Əlaqədar
Azərbaycanlı şagird qızıl medal qazandı
Buraxılış imtahanı verən şagirdlərin sayı məlum oldu
Buraxılış imtahanı verən şagirdlərin sayı açıqlandı
Bu şagirdlərin qiyməti dəyişdirildi
Bu il məzun olan şagirdlərin sayı açıqlanıb