Birinsi sinifdə tədris prosesi, arxiv şəkli

Şimal bölgəsinin əhalisinə şad xəbər

346
Bu rayonların əhalisi böyük əziyyətdən qurtulmaq üzrədir

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Neçə illərdir ki, Qusar rayonunun şagirdləri dağ kəndlərində məktəb olmadığından, təhsil almaqda əziyyət çəkirdilər. Onlar 2-3 km məsafəni qət edib qonşu kəndlərə təhsil almağa gedirdilər.

Bunu nəzərə alan Təhsil Nazirliyi, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarında modul tipli məktəblərin tikintisinə başlayıb. Bunlardan bəziləri artıq hazırdır.

Qusar rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Qusar rayonunda artiq 3 məktəb hazırdır və bir neçə kənddə — Zuxul, Qulahoba, Suduroba, Cağar orta məktəblərin 5-6 aya qədər tikintisinin başa çatdırılması nəzərdə tutulur: "Hal-hazırda Nəcəfkənd, Avaranqışlaq və Üzdənoba orta kənd məktəbləri tam hazırdır".

Bundan başqa, Şabranın Hacıqaraqaşlı, Qubanın Caqaqacuq və Xaçmazın Aşağıləyər, Gəncəli kəndlərində modul tipli orta məktəblərin tikintisi başa çatıb. Modul tipli məktəblərin ən müsbət cəhəti ondan ibarətdir ki, belə məktəblərdə siniflərin azaldılması və çoxaldılması mümkündür. Məktəblər kombi və internet sistemi ilə təchiz olunub.

346
Teqlər:
Qusar rayonu, modul tipli məktəb, Xaçmaz, kənd, Quba, məktəb, Şabran
Əlaqədar
Uşaqlarımız üçün məktəb formasını nədən və necə tikirlər
Ekspert: “Azərbaycanda məktəbəqədər təhsilə maraq azdır”
Dövlət qurumu uşaqlarını məktəbə qoymaq istəyən valideynlərə müraciət etdi
Ərdoğanın oğlu Atatürk liseyini dini məktəbə çevirdi
Peşə məktəbindəki yeyintiyə görə cinayət işi başlanıb
Uşaqlarını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyənlər tələsməlidirlər