Cəsarət Valehov

Tələbə köçürülməsinin təfərrüatları açıqlandı

680
(Yenilənib 13:58 14.07.2017)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başlayır

BAKI, 14 iyul — Sputnik. "İyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin (TN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılacaq.

"Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər" — Valehov bildirib.

Sektor müdirinin sözlərinə görə, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir: "Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır".

"Eyni zamanda, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır" — o vurğulayıb.

TN sözçüsü əlavə edib ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir: "Qeyd etməliyəm ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb".

680
Teqlər:
sektor, TN, köçürülmə, Cəsarət Valehov, müdir, Təhsil Nazirliyi, tələbə
Əlaqədar
Tələbə faciəsinə səbəb olan sürücü ilə bağlı elə faktlar ortaya çıxdı ki...
Türkiyədə məşhurlaşan tələbələrimiz görüş keçirdilər
Bu tələbələr Avropada təcrübə keçəcəklər
Etirazçı tələbələrdən son xəbər
Tələbə və magistrlər üçün yaxşı təcrübə imkanı
Azərbaycanda daha bir kütləvi tələbə faciəsi
Türkiyəli tələbələr Bakıda dava saldılar