ELM

Təhsil Nazirliyindən vacib yenilik: təfərrüatlar açıqlandı

© Sputnik / Murad OrujovМинистерство образования Азербайджанской Республики
Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsili yarımçıq qalan uşaqların hansı şərtlərlə yenidən təhsil ala biləcəkləri məlum olub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Bu əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Təhsil Nazirliyinin ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyət Adıgözəlov Sputnik Azərbaycan-a müsahibəsində yeni təhsil planı ilə bağlı bir çox məsələlərə aydınlıq gətirib.

© Photo : ARTNTəhsil Nazirliyinin ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyət Adıgözəlov
Təhsil Nazirliyinin ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyət Adıgözəlov - Sputnik Azərbaycan
Təhsil Nazirliyinin ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyət Adıgözəlov

- Əhliyət müəllim, uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili necə olacaq və hansı yaşa kimi olan şəxslər bu proqram üzrə təhsil ala bilərlər?

— "Təhsil haqqinda" Azərbaycan Respublikasi Qanununun 13.2-ci maddəsi və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 3.8-ci bəndinə görə, uzun müddət təhsildən kənar qalmış uşaqların yenidən təhsilə cəlb olunması ilə bağlı müəyyən qaydalar hazırlanıb. Onlardan biri də fərdi təhsilin təşkili haqqında qaydadır. Bu qaydalara görə, belə təhsil 2015-ci ildən tətbiq olunmağa başlayıb və hal-hazırda da davam edir. Yeni təhsil ilində də eyni qaydada təhsildən geri qalan uşaqların təhsil alması davam edəcək. Burda əsasən ümumi təhsilin iki səviyyəsi nəzərdə tutulub. Birinci səviyyə ibtidai fərdi təhsildir, ikinci səviyyə isə 5-9-cu siniflər üzrə orta təhsildir. İbtidai fərdi təhsilə 15 yaşına kimi təhsili yarımçıq qalan uşaqlar cəlb olunur. Ümumi orta təhsilə isə 5-ci sinifdən 9-ci sinfə kimi təhsilini yarımçıq qoymuş 15-25 yaşında şəxslər cəlb edilir. Onlar 8-ci sinfə kimi təhsil alırlar. 8-ci sinfi bitirəndən sonra müstəqil şəkildə imtahan verərək ümumi təhsil haqqında attestat ala bilirlər.

Учебный процесс в одном из вузов Баку, фото из архива - Sputnik Azərbaycan
ELM
Kim neçə il təhsil alacağını özü müəyyənləşdirəcək

- Müraciətlər necə olur? Təhsil Nazirliyinin əməkdaşları belə insanları axtarıb təhsilə cəlb edirlər, yoxsa həmin şəxslər özləri Təhsil Nazirliyinə müraciət edirlər?

— Belə şəxslər özləri təhsil şöbələrinə və ya yaxınlıqda olan məktəblərə müraciət edirlər. Məktəb sənədlərə baxır və həmin şəxsin yaş həddinə uyğun gəlirsə, təhsil almaq üçün qəbul edilir. Hər təhsil ili üçün fərdi təhsil planı hazırlayırıq. İbtidai təhsil pilləsində 5 fənn, ikinci təhsil pilləsində 9 fənn tədris olunur. Həftədə 4 gün dərs günüdür.

- Belə təhsilə daha çox hansı regionda müraciətlər olub?

— 2016-2017-ci il tədris ilində 1012 qrupda 1242 nəfər fərdi şəkildə təhsil alıb. Paytaxtda 159 qrupda 223 uşaq olub. Regionlardan isə Masallı və Şəmkirdə digər rayonlara nisbətən daha çox uşaq təhsilə cəlb olunub.

- Belə uşaqlar üçün təhsil pulludur, yoxsa pulsuz?

— Əlbəttə, təhsil pulsuzdur. Biz, hətta bu təhsil üçün Maliyyə Nazirliyindən də əlavə xərc tələb etmirik. Təhsil Nazirliyi öz büdcəsinə qənaət etməklə bu planı həyata keçirir. Bir sözlə, belə uşaqlar pulsuz təhsil alırlar.

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Savadsızlar ordusu ali məktəblərə ayaq açacaq

- Təhsil saatları necədir?

— Bu təhsildə cəmi 3 saat 45 dəqiqə dərs vaxtı düşür. 15 yaşa kimi uşaqlar işləmirlər. Amma daha böyük yaşlı şəxslər işləyirsə, bu zaman dərs saatları razılaşdırma yolu ilə keçirilir. Hətta belə şagirdlərin iş yerlərinə arayış da təqdim edə bilirik.

- Belə gənclər gələcəkdə ali təhsil ala bilərlər?

— Belə uşaqlar 8-ci sinfi bitirib imtahan verirlər və təhsil haqqında şəhadətnamə alırlar. Daha sonra onlar kolleclər, peşə litseylərində təhsillərini davam etdirə bilirlər. Sonrakı illərdə imtahan verib tam attestat alaraq universitetə imtahan vermələri mümkündür. Eyni zamanda, peşə məktəbini və ya kolleci bitirərsə, bu zaman universitetə imtahan verə bilərlər. Praktikamızda bu məktəbi bitirib kolleclərdə və peşə litseylərində təhsilini davam etdirənlər az deyil.

Xəbər lenti
0