Planetlər, arxiv şəkli

Dünya böyüklüyündə 10 yeni planet kəşf edildi

127
(Yenilənib 01:51 21.06.2017)
NASA-nın məşhur teleskopu "Kepler"in günəş sistemi xaricində tapdığı planetlərdə həyat olduğu ehtimalı var

BAKI, 20 iyun — Sputnik. NASA-nın "Kepler" kosmos teleskopu günəş sisteminin xaricində yeni planetlər kəşf etdi.

Sputnik Azərbaycan milliyet-ə istinadla xəbər verir ki, dünya böyüklüyündə olan planetlərdə həyatın olduğu ehtimalı var.

"Kepler"in araşdırdığı sahədə minlərlə yeni planet olmağa namizədlər var, ancaq bunlardan 10-da həyatın olduğu ehtimal edilir.

Elm insanları "Kepler"in cəmi 4 min 34 planet olmağa namizəd kəşf etdiyini və bunlardan 2 min 335-nin "Samanyolu" qalaktikasının xaricində olduğunu bildirir.

"Kepler" 7 mart 2009-cu ildən bəri kosmosu müşahidə edir.

2018-ci ilin oktyabr ayında yeni nəsil "James Veb" teleskopu dövrəyə girəcək. Yeni teleskopun, "Kepler" tərəfindən tapılan planetləri daha dərindən analiz etmə imkanı olacağı gözlənilir.

127
Buludlar arasında ay, arxiv şəkli

Dünyanın başına yeni Ay dolanır

38
(Yenilənib 23:34 24.11.2020)
Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

38
Teqlər:
kosmos, Yer, peyk, Ay
Şuşa şəhərinin ətrafında dağılmış evlər, arxiv şəkli

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

24
(Yenilənib 02:17 24.11.2020)
Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

24
Teqlər:
Milli Məclis, deputat, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Etibar Əliyev, "Peşə təhsili haqqında" qanun layihəsi, peşə təhsili müəssisələri, peşə təhsili, peşə
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

0
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya