ELM

Bu tələbələr Avropada təcrübə keçəcəklər

© Photo : UNEC-in mətbuat xidmətiProfessor Bülent Aybar UNEC-in professor-müəllim heyəti ilə görüşdə
Professor Bülent Aybar UNEC-in professor-müəllim heyəti ilə görüşdə - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər

BAKI, 16 iyun — Sputnik. UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev və Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov Fransanın Lion şəhərində yerləşən CEFAM (Centre d"Etudes Franco-Américain de Management) Universitetində səfərdə olublar.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Erasmus+" mübadilə proqramı çərçivəsində həyata keçən səfərdə UNEC əməkdaşları CEFAM-da tələbələr üçün karyera xidmətlərinin və təcrübənin təşkili, eləcə də korporativ sektorla əlaqələrin qurulması işi ilə tanış olublar. Məzunlar Assosasiyasının işinin mexanizmini öyrəniblər. UNEC-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər.

Görüşdə həmçinin UNEC tələbələrinin CEFAM tələbələri ilə birlikdə Fransa, Avropa Birliyi ölkələri və həmçinin ABŞ şirkətlərində karyera qurmalarına dəstəyin göstərilməsi və ixtisas təcrübələrinin təşkili perspektivləri haqqında fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə edilib.

Xəbər lenti
0