Dövlət İmtahan Mərkəzinin binası

Rus bölməsi abituriyentləri üçün bu fəndən imtahan keçirilir

42
(Yenilənib 13:53 11.06.2017)
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir

BAKI, 11 iyun — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir.

DİM-dən APA-ya verilən xəbərə görə, bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən, həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentlər iştirak edirlər.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 — da başlanacaq.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildiririk ki, imtahanda 1809 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 136 nəzarətçi müəllim ayrılıb. 

42
Tələbə, arxiv şəkli

Türkiyə Gürcüstanın qiyabi təhsil diplomları Azərbaycanda tanınmır

4
Türkiyə və Gürcüstanın əyani təhsil verən universitetlərinin diplomları isə həmin ölkələrdə tanındığı halda Azərbaycanda da tanınır.

BAKI, 17 may — Sputnik. Azərbaycanda Türkiyə və Gürcüstanın qiyabi təhsil diplomları tanınmır. Bu barədə Təhsildə Keyfiyyat Təminatı Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə və Gürcüstan istisna olmaqla digər ölkələrin universitetlərinin qiyabi təhsillə bağlı diplomları isə yoxlanılır. Yəni, diplomu tanıtmaq istəyərkən dərslərdə iştirak, giriş-çıxış və digər nüanslar nəzərə alınır.

Türkiyə və Gürcüstanın əyani təhsil verən universitetlərinin diplomları isə həmin ölkələrdə tanındığı halda Azərbaycanda da tanınır.

Eləcə də oxuyun:

* Tələbələrə təhsil haqqı ilə bağlı şad xəbər

Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib

* Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirildi

 

4
Tələbələr imtahanların nəticələrini öyrənirlər, arxiv şəkli

Tələbələrə təhsil haqqı ilə bağlı şad xəbər

15
Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib.

BAKI, 17 may — Sputnik. Təhsil Nazirliyi tələbələrə və təhsil müəssisələrinə müraciət edib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.

Qeyd edək ki, Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, ölkə Prezidentinin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib. 2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib.

2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb. "Qərarda edilən yeni dəyişikliyə görə, 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur", - o deyib.

 

Eləcə də oxuyun:

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

Azərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirildi

* Tələbələrin puluna susayan müəllim Baş Prokurorluqda cavab verəcək

15
Teqlər:
portal, təhsil haqqı, tələbə
Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski

Jirinovski: "Onların üzünə tüpürüb, daşa basacaqlar"

0
Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz!

BAKI, 18 may — Sputnik. Rusiya liberal-demokrat partiyasının (RLDP) sədri rəhbərlik etdiyi təşkilatın "siyasi səhnədə bakirə" olduğunu bəyan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri RLDP-nin hələ heç bir partiya ilə siyasi ittifaqa girmədiyini dilə gətirib.

""Yedinaya Rossiya" vətəndaşların qarşısına nə ilə çıxacaq? Onlardan soruşacaqlar: niyə siz heç bir şey etməmisiniz? Axı 20 ildir ki, hökumət partiyasısınız. Kommunistlər, yaxud "Spravedlivaya Rossiya" nə ilə ortaya çıxacaq? Onların üzünə tüpürüb, daşa basacaqlar! Onlara deyəcəklər: hansı yeni sosializmdən danışırsınız? Axı siz hələ 40 il əvvəl bizə kommunizm söz vermişdiniz! Onların heç birinin təklif edəcəyi bir şey yoxdur. Seçicilər onların hamısına yalançı və fırıldaqçı kimi nifrət edirlər", - partiya lideri qeyd edib.

Jirinovski bildirib ki, RLDP isə təmizdir: "Əgər məişət dilində müqayisə aparsaq, RLDP siyasi səhnədə bakirədir. Biz heç kimlə nikaha, siyasi ittifaqa daxil olmamışıq. Bunların hamısı isə elə qurcuxurlar", - deyə Jirinovski bildirib.

Eləcə də oxuyun: 

* Jirinovski Rusiya prezidenti vəzifəsinin adının dəyişdirilməsini təklif edir

* Jirinovskidən xaricdə yaşayan ruslara RF pasportlarının verilməsini sadələşdirmək təklifi

* Köklərə məhdudiyyət qoyun, arıqlar yaşaya bilmirlər

 

0
Teqlər:
partiya, Rusiya, Vladimir Jirinovski