İmtahanın gedişi

Qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək

351
(Yenilənib 11:52 01.06.2017)
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq

BAKI, 1 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il iyunun 4-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

İmtahan
© Sputnik / Rahim Muradov

Məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

• Şəxsiyyəti təsdiq edən sənədin əslini;

• "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.

351
Teqlər:
mərhələ, DİM, ali təhsil müəssisələri, AMEA, Dövlət İmtahan Mərkəzi, magistratura, sənəd
Mövzu:
Ali məktəblərə qəbul imtahanları (16)
Əlaqədar
IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri elan olundu
Yay qəbul imtahanlarının tarixi məlum oldu
Sınaq imtahanının tarixi məlum oldu
Qəbul imtahanında 700 bal toplamağın sirrini açdılar
Qəbul imtahanının nəticələri elan edilib
Saxtakarlıq edən abituriyentlər imtahandan xaric edilib
Distant təhsil, arxiv şəkli

Virtual dərslərə qoşulmayan müəllimləri hansı cəza gözləyir

11
"Təhsil Nazirliyinin mətbuata açıqlamasında virtual dərslərə qoşulmayan müəllimlərlə növbəti illərdə bağlanacaq əmək müqaviləsi zamanı bu amilin nəzərə alınacağı bildirilmişdi"

BAKI, 22 yanvar — Sputnik. "Virtual dərslərə girməyən müəllimlər nəzarətdə saxlanılırlar". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, həm şagirdlərin, həmçinin də müəllimlərin onlayn dərslərdəki davamiyyəti məktəblər tərəfindən nəzarətdə saxlanılır: "Düşünürəm ki, hər bir şəxs sosial məsuliyyətini dərk etməlidir. Bəzi müəllimlərin internetə çıxış imkanı yoxdur. Düzdür, biz müəllimlərin hər birini sistemdən görürük, amma hər biri ilə bağlı araşdırma mümkün deyil. Bir həftədə 6,2 milyon onlayn dərs verə bilmişik, bu kifayət qədər yaxşı dinamikadır".

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuata açıqlamasında virtual dərslərə qoşulmayan müəllimlərlə növbəti illərdə bağlanacaq əmək müqaviləsi zamanı bu amilin nəzərə alınacağı bildirilmişdi.

11
İmtahan, arxiv şəkli

İmtahanda iştirak edə bilməyən şagirdlərlə bağlı vacib açıqlama

7
(Yenilənib 13:58 22.01.2021)
"Birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq".

BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda qiymətləndirmə imtahanlarında iştirak edə bilməyən şagirdlər yenidən imtahan verə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

O bildirib ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq. V.Yaqublunun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris başlanacaq, həmin şagirdlər də sosial məsafə və sıxlığı gözləməklə gəlib məktəbdə imtahan verə biləcəklər".

7
Teqlər:
məktəb, şagirdlər, imtahan, təhsil
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya