Dövlət İmtahan Mərkəzinin binası

Sınaq imtahanının tarixi məlum oldu

1015
(Yenilənib 18:01 25.05.2017)
İmtahanların idarə edilməsi üçün 154 imtahan rəhbəri, 1498 nəzarətçi-müəllim ayrılıb

BAKI, 25 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün mayın 27-də Respublikanın 29 şəhər və rayonunda sınaq imtahanları keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Mingəçevir, Goranboy, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, İsmayıllı, İmişli, Füzuli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz, Babək, Culfa, Şərur şəhər və rayonlarında, ümumilikdə 59 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 24584 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə edilməsi üçün 154 imtahan rəhbəri, 1498 nəzarətçi-müəllim ayrılıb.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

1015
Teqlər:
Sınaq imtahanı, DİM, Dövlət İmtahan Mərkəzi, Şəmkir, Qəbələ
Əlaqədar
Qəbul imtahanında 700 bal toplamağın sirrini açdılar
Qəbul imtahanının nəticələri elan edilib
Saxtakarlıq edən abituriyentlər imtahandan xaric edilib
Azərbaycanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
İmtahanların nəticələri açıqlandı