Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Tələbə magistrlər üçün yaxşı təcrübə imkanı

48
(Yenilənib 21:25 23.05.2017)
UNEC-də "Karyera günü" keçirilib

BAKI, 23 may — Sputnik. UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və KPMG şirkətinin iştirakı ilə keçirilən "Karyera günü"ndə IV kurs tələbələri və magistrlər iştirak edib.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Karyera Mərkəzinin direktoru Fuad Əliyev KPMG şirkətinin Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəsini verərək, işgüzar biznes mühitinin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Yerli və beynəlxalq müştərilərə audit, vergi və məsləhət xidmətləri göstərən şirkət UNEC-lə də uğurlu əməkdaşlıq edir. Tələbə və magistrlərimiz mütəmadi olaraq bu nüfuzlu şirkətdə təcrübə keçmək imkanı əldə edirlər. 

KPMG Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Nərgiz İbrahimova şirkətdə mövcud təcrübə proqramı və vakansiyalar haqqında namizədləri məlumatlandırıb.

Tədbir zamanı namizədlər KMPG Azərbaycan nümayəndəliyinin audit, vergi və korporativ maliyyə departamentlərində ödənişli təcrübə keçmək üçün test imtahanından (Verbal and Numerical Reasoning Test) keçiblər. Test imtahanında UNEC-in maliyyə, mühasibat uçotu və audit və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan sonuncu kurs tələbə və magistrləri iştirak ediblər.

Qeyd edək ki, testlərdən və müsahibə mərhələsindən müvəffəqiyyətlə keçəcək namizədlər ödənişli təcrübə keçmək imkanı əldə edəcəklər.

48
Teqlər:
Azərbaycan, Nərgiz İbrahimova, Fuad Əliyev, UNEC, KPMG şirkəti, müsahibə mərhələsi
Əlaqədar
Silikon Vadisinin sərmayədarları UNEC-də olublar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”

İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir

473
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.

Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.

Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.

Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.

Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.

473
Teqlər:
Bakı, konfrans, sənaye, inqilab
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir

26
Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir.

BAKI, 23 sentyabr — Sputnik. Ali məktəblərdə dərs saatının 90 dəqiqədən 80 dəqiqəyə endirilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlama verib.

Şöbə müdirinin sözlərinə görə, dərslər fasiləsiz şəkildə olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması təklif edilir: "Bu, universitetlərin verəcəyi qərardır. Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Beləliklə, tələbələrin tənəffüsə çıxmalarının və təmasların sayının az olmasına səbəb olacaq. Yəqin ki, belə davam etsə, 80 dəqiqəlik dərslər keçiriləcək".

N.Məmmədli universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halının qeydə alınması təhlükəsinə də toxunub. Nazirlik rəsmisinin sözlərinə görə, belə hallar baş verərsə, həmin qruplarda dərslərin dayandırılması ilə bağlı təhsil müəssisəsi özü qərar verəcək:

"Həmçinin şənbə gününə dərslərin salınması da ali təhsil müəssisəsinin öz ixtiyarındadır. Təhsil müəssisəsi istədiyi halda şənbə günləri də tədrisin keçirilməsini nəzərdə tuta bilər. Şənbə günləri ictimai nəqliyyatın işləməməsi aktual məsələdir. Sözsüz ki, bununla bağlı müvafiq orqanlar artıq qərar verməli olacaqlar".

Həmçinin oxuyun:

"Mühafizəçiyə silah vermək olmaz": Bəs tələbəni necə qorumalı?

26
Teqlər:
universitet, dərs
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi

0
(Yenilənib 21:52 24.09.2021)
Sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. O, həmin vaxt içkili olduğunu deyib.

BAKI, 24 sentyabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib. Daha sonra ifaçının klubu təhqir etdiyi görüntülər sosial şəbəkələrdə yayılaraq insanların qəzəbinə tuş gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi etdiyi təhqirlərdən sonra sosial şəbəkələrdə video yayımlayaraq üzr istəyib. Müğənni bildirib ki, həmin vaxt içkili olub:

"Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarsınız".

Məlumat üçün bildirək ki, Sərdar Ortaç Türkiyənin ən məşhur müğənnilərindən biridir. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub.

 

0