Tələbələr, arxiv şəkli

Azərbaycan təhsilinə ayrılmış külli miqdarda vəsait ünvana çatmadı

920
(Yenilənib 16:34 19.05.2017)
AR Təhsil Nazirliyinin razılığı ilə ayrılan və Azərbaycan üçün nəzərdə tutulan qrant Gürcüstan və İspaniyaya yönəldilib

BAKI, 19 may — Sputnik. Xəzər Universiteti 2 milyon dollar dəyərində qrantdan məhrum edilib. Bunu Sputnik Azərbaycan-a sözügedən ali təhsil müəssisəsinin təsisçisi və rektoru Hamlet İsaxanlı bildirib.

Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib
© Sputnik / Fuad Hasanov
Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib

Onun sözlərinə görə, 2016-cı ildə universitetə Avropanın Erasmus+ proqramı çərçivəsində, təhsil sahəsində islahatların aparılması üçün qrant ayrılıb. Lakin Universitet ayrılan qrantı qeydiyyata aldıra bilməyib.

İsaxanlının sözlərinə görə, Azərbaycanın Ədliyyə Nazirliyi mövcud qanunvericiliyi əsas gətirərək, qrantı qeydiyyata almaqdan imtina edib və nəticədə iki milyon dollar vəsait Gürcüstan və İspaniya universitetlərinə yönləndirilib. Baxmayaraq ki, həmin qrantla bağlı müraciət AR Təhsil Nazirliyi ilə razılaşdırılmış və təsdiq edilmişdi.

Beləliklə, Azərbaycanın qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş qanunvericilik aktları çərçivəsində, Xəzər Universiteti əlavə maliyyələşmədən məhrum olmaq məcburiyyətində qalıb. Baxmayaraq ki, QHT-lərdən fərqli olaraq, ali təhsil müəssisəsinə bu vəsaitlər ictimai fəaliyyətlər üçün deyil, təhsilin səviyyəsini və pedaqoji heyətin əmək haqlarını artırmaq məqsədilə ayrılır.

İsaxanlının sözlərinə görə, hazırda universitet ağır dövrünü yaşayır. Devalvasiyadan sonra ali məktəbin gəlirləri iki dəfə aşağı düşüb. Bununla yanaşı, təhsil müəssisəsinin hesabının olduğu və vəsaitlərinin saxlanıldığı bank iflasa uğrayıb. Bütün bunlara baxmayaraq, universitet rəhbərliyi tələbələrin təhsil haqqını artırmağı planlaşdırmır.

"Biz istər keçən il, istərsə də bu il təhsil haqlarında ciddi korrektələr etməyi planlaşdırmamışıq. Hesab edirik ki, hazırkı dövrdə hamının maliyyə vəziyyəti oxşardır" — rektor bildirib.

Onun sözlərinə görə, maliyyə çətinlikləri hamıya təsir edir — həm valideynlərə, həm də özəl şirkətlərə: "Bununla əlaqədar olaraq, biz imkan daxilində universitetdə təhsil üçün ödəniş xərclərində ciddi dəyişikliklər etmək niyyətində deyilik".

Qeyd edək ki, hazırda Xəzər Universitetində fakültələrdən asılı olaraq illik təhsil ödənişləri 3-4,5 min manat aralığında dəyişir.

920
Teqlər:
Xəzər Universiteti, Hamlet İsaxanlı, təhsil, Ədliyyə Nazirliyi, qrant, Gürcüstan, İspaniya, dollar
Əlaqədar
Azərbaycanda universitet müəllimi və tikinti biznesmeni uşaq oğurlatdırdı
İmtahan prosesini cəmiyyətə etibar edən universitet
Prezident yeni universitetin Nizamnaməsini təsdiq edib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Dünya elm məkanına aktiv inteqrasiya edən universitet
Qafqaz Universitetinin tələbələri ilə bağlı qərar açıqlandı
Universitetlərin vergi borcu silinib

NASA-dan Ayda inqilabi kəşf

45
(Yenilənib 08:26 27.10.2020)
NASA-nın rəhbəri Cim Braydenstayn Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkarladıqülarını bildirib.

BAKI, 27 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

Sputnik Türkiyə-nın məlumatına görə, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn özünün "Twitter" səhifəsində yazıb.

Braydenstaynın sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Kolorado Universitetinin astrofizika üzrə professoru Pol Hayn və komandasının NASA-ya aid bir peyk tərəfindən qeydə alınan kamera görüntülərindən və temperatur ölçmələrindən istifadə edərək gəldikləri nəticəyə görə, buz kütlələri 40 min kilometr, yaxud ay səthinin yüzdə 0.1 % -i miqyasında ərazini tutur. 

"Əvvəllər kəşf edilməyən bu buz hovuzlarından milyardlarla görürük. Bu, buzu daha asan əldə etmək üçün fürsət yaradır. Ayda kosmonavtların ehtiyac duyacağı şeylər baxımından bunun inqilabi kəşf olduğunu düşünürük", - deyə Hayn bildirib. 

NASA bundan əvvəl "Artemis" adlı proqramı çərçəvəsində 2024-cü ildə Ay səthinə bir qadın və bir kişi kosmonavt göndərməyi planlaşdırdığını açıqlamışdı. 

45
Məktəb

Yarıbayarı azalan Qubadlı məktəbləri qayıdış həsrətində

23
(Yenilənib 14:39 26.10.2020)
Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5 414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6 320 olub

BAKI, 26 oktyabr — Sputnik. Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1992-1993-cü tədris ilində Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6320 olub.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
Qubadlı quş uçuşundan - FOTO
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

40
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

40
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı