ELM

Azərbaycanlı professor nüfuzlu fəxri ada layiq görüldü

© Sputnik / Murad OrujovAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Əvəz Ələkbərova "Türk dünyası fəxri mədəniyyət və sülh səfiri" beynəlxalq adı verilib

BAKI, 1 may — Sputnik. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərova "Türk dünyası fəxri mədəniyyət və sülh səfiri" beynəlxalq adı verilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılan beynəlxalq elmi təşkilatdır. Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir.

Xəbər lenti
0