Bakının orta məktəblərindən birində tədris prosesi, arxiv şəkli

Təhsil sistemimizdə böyük qalmaqal: "Müəllimlərin əmək haqqı kəsilməlidir"

4495
(Yenilənib 12:28 01.05.2017)
"Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir"

BAKI, 1 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunan bir rəqəm çox ciddi problemi qabardıb. Belə ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum səviyyədə mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.

Əjdər Ağayev, təhsil eksperti
© Photo : STR
Əjdər Ağayev, təhsil eksperti

Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) sədri Əjdər Ağayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu problemin kökündə saxtakarlıq, məsuliyyətsizlik durur: "Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir. Uşağın oxuyub-yaza bilməyərək 9-11-ci sinifə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir".

"Bu cür savadsızlığın səbəbi odur ki, uşağın adı məktəbdə siyahıda olsa da, özü dərsə getməyib. Təhsildə saxtakarlıq edənlər düşünüblər ki, həmin uşaq heç bir yerə sənəd verməz və onların etdiyi bu qanun pozuntusu heç kimə məlum olmaz" — deyə Ə.Ağayev əlavə edib.

Şura sədrinin sözlərinə görə, belə saxtakarlığa yol verənlər insanları bədbəxt etməklə yanaşı, özlərini də müdafiə edirlər: "Bu, hansı regionda olmasından asılı olmayaraq, təhsilin aşağı səviyyəsinin göstəricisidir. Bu hadisədə regionun təhsil idarəsi, məktəb direktoru, müəllimlər və eyni zamanda valideyn günahkardır".

"Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə (şagirdlərin təhsil almasına görə) məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır. Belə hallar olarsa, həmin müəssisə məsuliyyətə cəlb edilməlidir. Müəllimlərin əmək haqqı kəsilməlidir, direktor cəzalandırılmalıdır. Eləcə də, digər aidiyyatı şəxslər cəza almalıdır" — Ağayev vurğulayıb.

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Sonda o əlavə edib: "Təhsil Şurasının sədri olaraq deyirəm ki, bu faktlar neçə illərdir var. Belə halların çoxalmaması üçün sərt tədbirlər görülməliydi. Amma keyfiyyət məsələsinə heç kim müdaxilə etmir. Xalqın övladını bədbəxt etmək olmaz".

Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən, ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir: "Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. Yeri gəlmişkən, Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir".

"TQDK-nın (DİM — red.) təqdim etdiyi məlumat əslində o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir. XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir" — Əsədov bildirib.

Bundan başqa, o, əlavə edib ki, TQDK-nın (DİM) elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub-yazma qabiliyyətini yoxlasın: "Onlar bunu imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında müəyyənləşdiriblər. Hansısa şagird hansısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu, onun oxuyub-yaza bilməməsi demək deyil".

Sputnik Azərbaycan-ın əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov heç bir rəsmi cavablarının olmadığını bildirib…

Qeyd edək ki, 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub.

9-cu siniflər yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub.

4495
Teqlər:
Azərbaycan Respublikası Təhsil Şurası, DİM, Əjdər Ağayev, Kamran Əsədov, Dövlət İmtahan Mərkəzi, dərs, şagird, imtahan, TQDK, məktəb
Əlaqədar
Təhsil Nazirliyindən qorxunc statistika
Təhsil sistemimizdə yenilik
Hesablama Palatası təhsil müəssisələrində nöqsanlar aşkarladı
Yeni ali təhsil ixtisasları yaradıldı
Təhsil Kompleksinin adı dəyişdi
Dərsliklər, arxiv şəkli

Dərsliklər dəyişiləcək: üzü də, məzmunu da

243
(Yenilənib 15:35 23.11.2020)
"11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun duruşunu özündə əks etdirən bir foto təklif olunur" - Təhsil eksperti.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ savaşı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə, demək olar ki, bir sıra sahələrdə köklü dəyişikliklərin olacağından xəbər verdi. Eyni zamanda da dərsliklərlə bağlı bir sıra dəyişikliklərin olacağı gündəmə gəldi.

Maraqlıdır, qazandığımız möhtəşəm zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə nə kimi dəyişikliklər olacaq?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Zəfər tariximizlə əlaqədar olaraq dərsliklərdə dəyişikliklərin edilməsi vacibdir. Artıq bununla bağlı olaraq tərəfimizdən nazirliyə müvafiq tövsiyələr verilib. Ötən həftə nazirlikdə baş tutan görüşümüzdə də bu haqda danışdıq".

"10 Noyabr Azərbaycan hərb tarixində ən böyük zəfərlərdən biridir. Bu səbəbdən yeni dərsliklərin yazılmasına ehtiyac var. Bu dərsliklərdə qəhrəmanlarımızın həyatı, onların keçdikləri keşməkeşli həyat yolundan bəhs edilməldir. Təkliflərimiz nəzərə alınıb, bu təkliflərlə bağlı müvafiq dərsliklər hazırlanacaq", - deyə İ.Orucov əlavə edib.

Dərsliyin hazırlanmasının elə də asan prosedur olmadığını deyən ekspert bu işin müəyyən qədər zaman alacağını bildirir: "Ümid edirəm ki, növbəti tədris ilinin dərsliklərində bu məsələlər yer alacaq. Lakin dərsliklərin dəyişdirilməsi məsələsi növbəti tədris ilinədək çatdırılmazsa, bununla əlaqədar olaraq əlavə vəsaitlər hazırlanması gündəmdədir. Bununla bağlı müvafiq addımlar atılacaq".

"Artıq nazirlik faktların toplanması, onların təqdim olunması istiqamətində işlər görür. Toplanan bütün materiallar da faktlara əsaslanacaq", - deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, orta ümumtəhsil məktəbləri üçün ayrılan dərsliklərdə əsas məqsədlərdən biri də şəxsiyyət yetişdirməkdir: "Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanla müharibə şəraitində idi. 90-cı illərdə baş verən hadisələr tarix dərsliklərində də əksini tapmışdı. I Qarabağ müharibəsi ilə bağlı faktları oxuduqda müəyyən qədər bədbin olurdular. Lakin 44 günlük müharibə ilə Azərbaycan özünün zəfər tarixini yazdı, beləcə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Təbii ki, bu müharibədə igidlərimizin göstərdikləri qəhrəmanlıq, zəfər gənc nəslin yetişməsində, bir şəxsiyyət kimi formalaşmasında müstəsna rola malik olacaq və bir mənbə kimi istifadə olunacaq".

"Qeyd edim ki, 2021-ci ildə istifadəsi nəzərdə tutulan orta ümumtəhsil məktəblərinin, demək olar ki, hamısında dəyişiklik olacaq. Bu dəyişikliklər bir neçə formatda olacaq. Birincisi, dərsliklərin üz qabığında, yəni dizaynında dəyişikliklər olacaq. Tarix dərsliklərinin, xüsusən də 11-ci sinif Azərbaycan Tarixi dərsliyinin üz qabığında 44 gündə qəhrəmanlıq göstərən igidlərimiz haqda məlumat yer alacaq. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan məşhur topçunun (Vüsal Şahkərimov - red.) duruşunu özündə əks etdirən bir foto təklif olunur", - deyə o əlavə edib. 

Digər dəyişiklik isə məzmunla bağlı olacaq. İndiyədək biz dərsliklərdə bu torpaqların işğal tarixi haqda məlumatlara yer verirdiksə, artıq bu məzmun tamamilə dəyişəcək, yeni tarix yazılacaq: "Dərsliklərdə, gündəliklərin əvvəlində işğal edilmiş ərazilər haqda məlumat verilirdisə, artıq onlar hamısı silinəcək və azad edilmiş ərazilərin tarixləri yazılacaq, şanlı tariximiz haqda məlumat veriləcək. Bununla yanaşı, azad edilmiş torpaqlarla bağlı atılacaq addımlar, eyni zamanda da hüquqi baxımdan atılacaq addımlar haqda da məlumat veriləcək. Bundan sonra dərsliklərimizin bədbin deyil, mübariz ruhda yazılması gündəmdə olacaq".

"Bununla yanaşı, ibtidai sinif dərsliklərinin məzmununda da dəyişikliklər ediləcək. Bir sıra yeni hekayələr əlavə olunacaq. Bu hekayələr Azərbaycanın zəfər tarixini özündə əks etdirəcək formatda olacaq. Yəni biz hansısa xarici ədəbiyyatdan götürülən qəhrəmanlıq mövzusunda yazılan hekayələrə deyil, Azərbaycanın özünün 44 günlük şanlı tarixində göstərdiyi qəhrəmanlığı işıqlandıracağıq. Burada II Qarabağ savaşında baş tutan qələbələrdən bəhs ediləcək. Bu baxımdan birmənalı olaraq ibtidai siniflərdə şeirlərin, hekayələrin də məzmunu dəyişəcək", - deyə o əlavə edib. 

243
Teqlər:
tarix, dəyişiklik, dərslik, orta məktəb, Azərbaycan
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

81
(Yenilənib 09:37 23.11.2020)
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov: “Məzunlarımız artıq müəyyən şirkətlərdə təcrübə proqramlarında iştirak edirlər, həmçinin  işlə təmin olunurlar”.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanda son illər peşə təhsili ilə bağlı müsbətə doğru dəyişiklik müşahidə olunur. Ölkəmizdə peşə təhsilinin yenidən dirçəldilməsi, inkişafı gənclər arasında peşə təhsilinə marağı artırır. Artıq tədricən peşə məktəbləri gənclər arasında əmək bazarında tələbat olan peşələr üzrə ixtisaslı və bacarıqlı kadrların hazırlandığı ünvana çevrilir. Bu günki müsahibimiz də elə peşə təhsili üzrə Azərbaycanın ən müasir, Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarovdur.

© Sputnik / Irade JELIL
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov

-Rəşad müəllim, sizin rəhbərlik etdiyiniz müəssisə peşə məktəbləri arasında ən müasir, maddi-texniki bazasına görə ən mütərəqqi peşə təhsil mərkəzi hesab olunur. Gəlin öncə oxucularımızı Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barədə məlumatlandıraq...

- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-cu ildə yaranıb. Mərkəzimiz iki hökumətlərarası saziş əsasında, Azərbaycanla Cənubi Koreya arasında formalaşıb. Bu Mərkəzimin qurulmasının məqsədi Koreya peşə təhsili modelini Azərbaycanda tətbiq etməkdir. Burada  8 texniki isttiqamət üzrə- mexanika, avtomobil, sənayedə quraşdırılma, elektronika, inşaat, elektrotexnika, avtomatika və informasiya kommunikasiya texnologiyaları üzrə kadrlar hazırlanır. Sadaladığım 8 texniki istiqamətlər üzrə tədris vəsaitləri və proqramları hazırlanıb. 24 nəfərlik mühəndis-pedoqoji heyət 3 ay müddətində Koreya Respublikasında təlimdə iştirak etdilər və bu modelin qurulmasına nail oldular. Modelin özəlliyi daha çox praktiki dərslərin tətbiq olunmasındadır. Tədris prosesinin effektivliyinin artırılması üçün mərkəz 4300-dən çox texniki avadanlıqla təchiz olunub. 75-dən çox laboratoriya mövcuddur. Bu laboratoriya vasitəsilə praktiki dərslər təşkil olunur. Məzmun üzrə 60-70 faiz dərsləri praktiki dərslər təşkil edir. 30-40 faizi isə nəzəri-texniki dərslərdir. Onu da qeyd edim ki, müasir təhsil kompleksimiz əsas tədris binası, 2 emalatxana, 2 yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyib. Yataqxanaların hər birində 90 tələbənin yaşaması üçün zəruri olan şərait yaradılıb.

© Sputnik / Irade JELIL
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

- Bəs Peşə Təhsil Mərkəzinə tələbə qəbulu necə aparılır? Bu il bu Mərkəzə nə qədər tələbə qəbul olunub?

-2019-2020-ci tədris ilində Mərkəzə qəbul elan olunub. 8 texniki istiqamət üzrə 12 qrup təhsilini bu il, 2020-ci ilin yay ayında başa vurub. 2020-ci ilin yay ayında təhsillərini başa vuran məzunlarımız əmək bazarında öz yerlərini tapmaqdadır. Bununla yanaşı 2020-2021-ci tədris ili üzrə qəbul elan olunmuşdu. Burada artıq 17 qrup qəbul olunub. Bunlardan iki qrupu subbakalavr dərəcəsi almaqdadırlar. İstərdim bu iki istiqamət üzrə fərqi izah edim. Müəssisəmizdə Koreya peşə təhsili modeli üzrə həm texniki peşə, həmçinin də yüksək texniki peşə dərəcəsi almaq imkanı yaradılıb. Texniki peşə bir il, yüksək texniki peşə üç tədris ili müddətidir. Hər ikisi üzrə 11-ci sinfi başa vurmuş şəxslərə təhsil almaq imkanı yaradılıb. 2020-2021-ci tədris ili üzrə 320 nəfər Koreya peşə təhsili modeli əsasında təhsil almaq imkanı əldə edib. Ümumiyyətlə peşə təhsili müəssisəmizin il ərzində 1000 nəfər tələbəyə təhsil vermək imkanı mövcuddur.

-Peşə məktəbinə qəbul proseduru necədir?

- Mərkəzimizdə Koreya peşə təhsili modeli əsasında təhsil almaq imkanı əldə etmək istəyən şəxslər müsahibə şəklində qəbul olunurlar. Onlar ilk olaraq qeydiyyatdan keçirlər, tədris müddətdə aldıqları qiymətlər üzrə qiymətləndirmə aparılır. Daha sonra müsahibələr təşkil olunur. Bu müsahibələrdə həm müəssisəmizin mühəndis-pedoqoji heyəti, həmçinin də şirkətlərin nümayəndləri iştirak edirlər. Qəbulun nəticəsi olaraq artıq yüksək nəticə göstərən şəxslər təhsil almağa dəvət olunur.

© Sputnik / Irade JELIL
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

-Qiymətləndirmə hansı meyarla aparılır?

-Müsahibə keçirərkən seçilən texniki istiqamət vacibdir. Biz ona uyğun olaraq orta təhsildə qiyməti əsas tuturuq. Müsahibələr zamanı isə seçdikləri istiqamət üzrə peşə təhsili üçün müraciət edənlərin biliklərini qiymətləndirməyə çalışırıq. Müsahibədə verilən sualların cavabları əsasında bu qiymətləndirmə aparılır. Ən yüksək nəticə əldə edən şəxslərə təhsil almaq imkanı verilir.

-Peşə məktəbinə qəbulla bağlı yaş məhdudiyyəti var?

-Müəssisəmizdə təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur. Buna misal gətirə bilərəm ki, ötən il müəssisəmizə 11-ci sinif məzunları ilə yanaşı 40-45, hətta 50 yaşında olan şəxslər də daxil olub. Bizə müraciət edən şəxslərə baxış keçirdikdə məlum olur ki, qruplarda bakalavr və magist dərəcələrində təhsil alanlar belə var. Amma onlar peşə təhsilinə müraciət ediblər.

-Peşə təhsili artıq populyarlaşmağa başlayır. Siz Azərbaycanda peşə məktəblərinə marağı necə qiymətləndirirsiniz?

-Bəli, peşə təhsilinə ildən-ilə maraq artır. Ötən illə bu ilki rəqəmlərin müqayisəsində biz görürük ki, peşə təhsilinə müraciət edənlər iki dəfə çoxdur. İldən-ilə bu rəqəmdə artım müşahidə olunur.

  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
  • Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 5
© Sputnik / Zulfiyya Guluyeva
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi

-Sizin Mərkəzdə qəbul ödənişlidir, yoxsa ödənişsiz?

-Hər il bu məsələ fərqli olur. Əsasən hər il ödənişsiz əsaslarla təhsil almaq imkanı təklif olunur. Burada həm ödənişli, həmçinin də ödənişsiz təhsil almaq mümkündür. İlk olaraq ödənişsiz təhsil almaq imkanı əldə edirlər. Qruplar komplekləşdikdən sonra isə ödənişli əsaslarla təhsil almaq imkanı yaradılır. Peşə təhsili haqqında qanunda da qeyd olunduğu kimi hər bir şəxsin bir dəfə pulsuz peşə təhsili almaq imkanı var. Əgər kimsə dövlət hesabına pulsuz peşə təhsili alıbsa, ikinci dəfə bizə müraciət etdikdə ödənişli əsaslarla təhsil alırlar. İllik təhsil haqqı 850 manatdır.

-Özəl şirkətlərlə partnyorluq edirsinizmi? Onlar sizin müəssisədə hazırlanan kadrlara maraq göstərirlərmi?

-Mərkəzimizin fəaliyyətinin ən əsas istiqamətlərindən biri dövlət-özəl tərəfdaşlıq modelinin qurulmasıdır. Bu istiqamətdə bir neçə yerli beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub. Bu günə qədər 40-dan çox əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıqların məqsədi tədris prosesinə şirkətlərin yaxından iştirakını təmin etməkdir. Müsahibə prosesində, daha sonra tədris zamanı master-klassların təşkilində ümumiyyətlə tədris proqramlarına dair şirkətlərin rəy bildirməsində, təcrübə proqramlarının təşkil olunmasında və buraxılış zamanı məzunların işlə təmin olunmasında şirkətlər yaxından iştirak edir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
© Sputnik / Zulfiyya Guluyeva
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

-Maraqlıdır, bu peşə təhsili müəssisəsində qadınlar da təhsil alırmı?

-Müəssisəmizdə təhsil alanların 11 faizi qadınlardır. Biz gender bərabərliyinə dəstək veririk.

-Burada yataqxana da var. Yataqxanalarda tələbələr üçün qalma şərtləri necədir?

-Bəli, yataqxana da mövcuddur. Yataxanalardan təhsil alanlar istifadə edə bilirlər. Bölgələrdən də müraciət edənlər var. Onlara bu imkan yaradılır.

-Bəs müəllim seçimini necə aparırsınız?

-Mühəndis-pedoqoji heyət seçilərkən yerli kadrlara üstünlük verilib. Həmin kadrların seçimi zamanı daha çox praktiki bilikləri və sənaye təcrübəsi ən əsas amil olaraq qiymətləndirilib. Onların nail olduqları bilik və bacarıqları daha da təkmilləşdirmək, Koreya modeli əsasında tədrisetmə imkanının yaranması üçün 3 ay Koreya respublikasında təlim keçiblər. Orada müəssisəmiz üçün Koreya modeli əsas kurikulumun yazılması prosesi baş tutub, dərsliklər formalaşıb. Laboratoriyalarımız Koreya respublikasından gətirilən avadanlıqlarda təhciz edilib.

© Sputnik / Irade JELIL
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində emalatxana

-Özəl sektorla əməkdaşlıq məzunların əmək bazarına çıxışına nə dərəcədə dəstək olur?

-Qeyd etdiyim kimi, dövlət-özəl tərəfdaşlıq modeli əsasında müəssisəmiz bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurub. Bu şirkətlərlə 8 istiqamət üzrə partnyorluq əlaqələri qurulub. Məzunların həm tədris prosesi zamanı təcrübə proqramlarından istifadə və işlə təmin olunması mümkündür. Məzunlarımız artıq müəyyən şirkətlərdə təcrübə proqramlarında iştirak edirlər, həmçinin işlə təmin olunurlar. Müəssisələr də gənc ixtisaslı kadrları avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlara yiyələndiklərindən, işə daha tez inteqrasiya olunduqlarından, işə götürməyə maraqlıdırlar.

-Peşə təhsilində təcrübə, praktiki bilik vacibdir. Pandemiya dövründə məsafədən təhsildə nə kimi çətinliklər yaranıb?

-Cari ilin mart ayından başlayaraq təhsili distant təşkil edirik. Bütün təhsil alan qruplar onlayn davam etdirdilər. 2020-2021-ci tədris ilini əvvəlcə onlayn, daha sonra hibrid, daha sonra təkrar onlayn təhsilə keçdik. Biz çalışırıq ki, daha çox onlayn stimulyatorlardan istifadə edək. Tədris zamanı maksimal dərəcədə virtual resurslardan istifadə edilir. Müəssisəmizin artıq nail olduğu təcrübəni digər peşə məktəbləri ilə də bölüşürük.

P.s. Yazı "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

81
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

0
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

0
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat