“İctimai nəzarətçi”lər imtahanların gedişinə nəzarət edirlər

Bu gün Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanı keçirilir

1914
(Yenilənib 12:34 30.04.2017)
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır

BAKI, 30 aprel — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, imtahan respublikanın 11 şəhərində — Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub. 

İmtahanda 35433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18681 abituriyent II qrup üzrə, 16752 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfəri isə qızlardır (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 49 nəfər ali təhsil müəssisələrinin, 1342 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

Bakı şəhərində 15617, Naxçıvanda 1618, Gəncədə 3746, Sumqayıtda 1678, Mingəçevirdə 1471, Şəkidə 2064, Bərdədə 2313, Göyçayda 1401, Şirvanda 1697, Lənkəranda 2376, Xaçmazda isə 1452 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahan bütün binalarda eyni vaxtda — saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. 

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

1914
Teqlər:
abituriyent, Ali məktəblərə qəbul imtahanı, Bərdə, Şirvan, Göyçay, Mingəçevir, Şəki, Sumqayıt, Naxçıvan, Bakı
Əlaqədar
İmtahan nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi
Dövlət İmtahan Mərkəzindən vacib elan
9-cu sinif şagirdləri yenə imtahan verəcəklər
Azərbaycan hərbçisi, arxiv şəkli

Cəbiş müəllimin davamçıları şagirdlərinə gerçək döyüş zəfəri anladacaqlar

25
(Yenilənib 18:26 21.10.2020)
"Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər Ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

BAKI, 21 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərindən ordu sıralarına qoşulan işçilərin sayı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub: "Onlardan 122-si müəllim, 5-i direktor müavinidir. İşğalçı Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv olunması Azərbaycanın güclü ordusunun olduğunu bir daha göstərir.

Ermənistanın son təxribatlarına və hücum cəhdlərinə layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Bu günlərdə on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduğunu bildirir və mübariz ruhda ordu sıralarına qoşulur. Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Xocalıda kişilərlə birlikdə vuruşan qadın: 5 gün meşədə nəvələrimə qar yedirib saxladıq
"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

64
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

64
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

0
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

0