Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil Nazirliyindən qorxunc statistika

569
(Yenilənib 13:35 29.04.2017)
Bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub

BAKI, 29 aprel — Sputnik. Son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayı 11% azalıb.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11%, abituriyent sayında isə 10% azalma müşahidə edilib.

Hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır. 2016-cı ildə təklif olunan yer sayı keçən ilə nisbətən 7,5% və ya 2.905 yer artıb. 2010-cu ildə qəbul planı 30.510, 2011-ci ildə 31.419, 2012-ci ildə 34.098, 2013-cü ildə 36.537, 2014-cü ildə 37.841, 2015-ci ildə 38.831 və nəhayət 2016-cı ildə 41.736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.

569
 Pandemiya zamanı imtahan

Bu gün buraxılış imtahanı keçirilir

29
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq

BAKI, 15 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayıb. Buraxılış imtahanında iştirak üçün 8124 şagird qeydiyyata alınıb. Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilən şəhər və rayonlar bunlardır: Gəncə şəhərinin Kəpəz rayonu, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonları, Lənkəran və Şirvan şəhərləri.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

"İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır", - DİM bildirib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılıb.

Xatırladaq ki, aprelin 15-16-da keçiriləcək imtahan üçün şəhər və rayonlarda ümumilikdə 115 bina və 2001 zal ayrılıb. İmtahanların idarə olunmasına 115 ümumi imtahan rəhbəri, 334 imtahan rəhbəri, 2490 nəzarətçi-müəllim, 230 buraxılışı rejimi əməkdaşı (mühafizə), 115 bina nümayəndəsi ayrılıb.

29

Xaricdə təhsil alanların diplomları niyə tanınmır ekspert açıqlayır

51
(Yenilənib 01:15 15.04.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər.
Kamran Əsədov: “Diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var”

Bu ilin I rübü ərzində Azərbaycanda diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb. Ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, xaricdə təhsil mərkəzləri bir çox hallarda öz kommersiya maraqlarına görə müraciət edənlərin taleyi ilə oynayırlar: “Belə mərkəzlər diplomu tanınmayan, lisenziyasız fəaliyyət göstərən universitetlərə qəbul aparırlar. Azərbaycan tərəfindən diplomların tanınması üçün müəyyənləşdirilmiş qaydalar var. Diplomların tanınmasına səbəb təhsilalanların mövcud parametrlərə uyğun gəlməməsidir. Övladlarının xaricdə təhsil almasını istəyən valideynlər ilk növbədə  bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Təəssüf ki, bu işlərlə məşğul olduğunu iddia edən şirkətlər hər il bir ad altında fəaliyyət göstərirlər”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

51
Teqlər:
xarici ölkə, Azərbaycan, tanınma, diplom, ali təhsil
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0