ELM

Həyatın mövcud olduğu planeti tapdılar

© Photo : Mario Tama / Getty ImagesDəniz buzlaqlarının torpaqla qovuşduğu yer
Dəniz buzlaqlarının torpaqla qovuşduğu yer - Sputnik Azərbaycan
Abunə olmaq
Avropalı planetoloqlar Balina bürcündə həcmi elə də böyük olmayan, okeanlara və nəzərəçarpacaq qayalıqlara malik planet tapıblar

BAKI, 20 aprel — Sputnik. Avropalı planetoloqlar Balina bürcündə həcmi elə də böyük olmayan, okeanlara və nəzərəçarpacaq qayalıqlara malik planet tapıblar. Bu planetin diqqəti cəlb edən tərəfi onun "həyat zonası"na düşməsidir. Onun sıx atmosferi var.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Nature elmi jurnalında dərc olunan məqalədə bildirilir.

"Bu, son on il ərzində gördüyüm ən maraqlı ekzoplanetdir. Biz hətta ümid belə etmirdik ki, elmin əsas məsələlərindən biri olan Yerdən kənar həyatın izlərinin axtarışına cavab tapmaq üçün bundan daha maraqlı və yaxşı namizəd tapa bilərik. O, qırmızı cırtdanın ətrafında fırlanır. Onun LHS 1140 planetindən əlavə üstünlüyü odur ki, yavaş fırlanır və o tip kütlələrdən fərqli olaraq daha az parıltı yayır" – deyə Harvard-Smitson Astrofizika Mərkəzinin (ABŞ) əməkdaşı Ceyson Dittman (Jason Dittmann) bildirib. 

Вид Земли с Международной космической станции - Sputnik Azərbaycan
ELM
Planetimizlə bağlı mühüm kəşf

Ötən il alimlər "Yerin əkizi", "Yerin bacısı", yaxud "Yerin əmiuşağı" olmağa iddia edən bir neçə ekzoplanet tapmışdılar. Onlardan biri bizim ulduzun yaxınlığında yerləşən Proksima Tsentavrda, qalanları isə TRAPPIST-1 ultrasoyuq qırmızı cırtdan ulduz sistemində, Dolça bürcündədir. Burada Yerə bənzəyən yeddi planet var.

Onları kiçik ölçüləri və orbitlərindəki suyun maye halında mövcud ola biləcəyi "həyat zonası" birləşdirir. Həmçinin onlar qırmızı cırtdanların ətrafında fırlanırlar. Onlarda eyni vaxtda həm müsbət, həm də mənfi temperatur mövcuddur. Qırmızı cırtdanlar çox uzun müddət yaşayırlar ki, bu da orada həyatın formalaşması üçün əlverişlidir. Lakin onlardan bəziləri gəncliyə məxsus narahat xarakterə malikdir. Çoxlu ultrabənövşəyi şüa buraxır və böyük həcmdə parıltı əmələ gətirirlər ki, bu da planetin atmosferini məhv edə bilər. 

Ay, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Başqa planetə köçürük

TRAPPIST-1 və Proksima Tsentavr planetləri potensial yaşayış üçün yaxşı namizədlərdir. Lakin onların ciddi "çatışmazlıqları" var. Dolça bürcündəki planetlər digər ulduzlarda daim rezonans yaradırlar. Onlar öz ulduzlarının ətrafında daim birüzlü fırlanırlar. Proksima Tsentavrın parlaqlığının intensivliyi onun peyklərində həyatı tamamilə mümkün edir. Bu planetlərin kütləsi və ölçüləri hələlik təyin edilməyib.

Dittman və onun həmkarları əmindirlər ki, yeni aşkarlanmış LHS 1140b planetinin aşkarlanması bır sıra çatışmazlıqları ört-basdır edir. O, sakit ulduzların ətrafında fırlanır, onun atmosferi mövcuddur, okeanları, qayalıqları və ölçüləri Yerə uyğun gəlir. Onun diametri Yerdən 1,4 dəfə böyükdür, çəkisi isə altı dəfə ağırdır. Yerdən fərqli olaraq, LHS 1140b-nin okeanları planetin əksəriyyətini tutmur. Ora daha çox qayalıqlar hakimdir.

Bu planet də Yerin və Veneranın digər oxşarları kimi Çilinin Serro-Tololo dağlarında xüsusi olaraq zəif və qırmızı planetlərin axtarışı üçün quraşdırılmış avtomatlaşdırılmış MEarth-South teleskoplarının köməyilə aşkarlanıb. 

Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
ELM
Yer planetində gizli qitə aşkarlandı

Yer kürəsinin "rəqib"i öz qalaktikasının Günəşinə Yerdən 11 dəfə yaxın məsafədə yerləşir. O, öz ulduzuna yaxın olmasına baxmayaraq, ondan cəmi 50% işıq və istilik alır. Bu, Günəşin Yerə verdiyi işıq və istilik qədərdir. LHS 1140b-dən fərqli olaraq, daha əvvəl aşkarlanmış LHS 1140 kifayət qədər darıxdırıcı və soyuq ulduzdur. Bu baxımdan onun iqlimi Marsın iqliminə daha çox oxşayır, nəinki Yerinkinə.

Ən əsası da odur ki, yeni aşkarlanmış planetin 5 milyard ildən çox yaşı var və bu amil orada həyatın mövcud ola biləcəyi ehtimalını qüvvətləndirir. Yaxın zamanlarda Dittman və onun həmkarları "Xabbla"nın köməyi ilə planetlərin atmosferini müşahidə etməklə sessiya keçirməyi planlaşdırırlar. Bu, bizə imkan verəcək ki, LHS 1140b-də həyatın həqiqətən də mövcud olub-olmadığına əmin olaq və bilək ki, orada istixana effekti var, ya yox və o, nə qədər istilik alır.

Xəbər lenti
0