UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər

Əcnəbi tələbələr "Güllələnmiş heykəllər" qarşısında

98
(Yenilənib 13:16 19.04.2017)
Əcnəbi tələbələr mədəniyyət abidələrinin erməni vəhşiliyinə məruz qalmasını xüsusi olaraq pisləyiblər

BAKI, 19 aprel — Sputnik. UNEC-in əcnəbi tələbələri "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibəti ilə Milli İncəsənət Muzeyinin bağındakı "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Gəz, Gör, Tanı, Paylaş" devizi altında reallaşdırılan səfər UNEC-in Marketinq və Kommunikasiya Departamentində təcrübə keçən Rus İqtisadiyyat Məktəbində marketinq ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin təşəbbüsü ilə həyata keçirilib.

  • UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər
    UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər
    © Photo : UNEC
  • UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər
    UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər
    © Photo : UNEC
  • UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər
    UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər
    © Photo : UNEC
  • UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər
    UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər
    © Photo : UNEC
  • UNEC-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsini ziyarət ediblər
    UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər
    © Photo : UNEC
1 / 5
© Photo : UNEC
UNEC-in əcnəbi tələbələri "Güllələnmiş heykəllər" abidəsini ziyarət ediblər

Təcrübəçi tələbələr əcnəbilərə burada nümayiş olunan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin şəxsən işə müdaxiləsindən sonra bu heykəllər işğalçılardan geri alınaraq, paytaxta gətirilib. Milli İncəsənət Muzeyində bərpa işlərindən sonra isə heykəllərin muzeyin bağında nümayiş etdirilməsi qərara alınıb. UNEC tələbələri xüsusi olaraq vurğulayıblar ki, ermənilər Azərbaycanın işğal edilən 20 faiz torpaqlarında yüzlərlə tarixi abidlələri məhv edirlər.

Əcnəbi tələbələr heykəllərin fotoşəklini çəkərək, sosial şəbəkələrdə #ShotMonuments #Kharabagh haştəqi ilə paylaşıblar. Onlar şəkillərə öz təəssüratlarını da əlavə ediblər. Əcnəbi tələbələr mədəniyyət abidələrinin erməni vəhşiliyinə məruz qalmasını xüsusi olaraq pisləyiblər.

Səfər çərçivəsində əcnəbi tələbələrə həmçinin bu görkəmli incəsənət xadimlərinin həyat və yaradıcılıqları barədə də məlumat verilib.

98
Teqlər:
"Güllələnmiş heykəllər" abidəsini ziyarət olunması, Milli İncəsənət Muzeyi, UNEC, Bülbül, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Heydər Əliyev, Azərbaycan
Əlaqədar
UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar
Silikon Vadisinin sərmayədarları UNEC-də olublar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

21
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

21
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!

Tətil günlərində onlayn dərslər keçirilməyəcək - Nazir

79
(Yenilənib 12:01 16.10.2020)
Təhsil naziri Emin Əmrullayev deyib ki, oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək.

BAKI, 16 oktyabr — Sputnik. "Oktyabrın 19-dan noyabrın 2-dək tətil elan olunur. Bu o deməkdir ki, bu və ya digər formada tədris aparılmır. Həmin müddədə onlayn dərslər də olmayacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün Operativ Qərərgahın keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib:

"Biz cəbhəyanı ərazilərdə cəbhədə baş verənlərlə bağlı təhsili dayandırmışıq. Bu rayonlarda 340 min şagirdimiz var. Eyni zamanda Bakı və Abşeron əhalinin sxı yerləşdiyi yerdir. Məktəbə gələn şagird və müəllimlər nəqliyyatdan istifadə edir. O səbəbdən onların hərəkəti yoluxmanı artıra bilər. Bu qeyrimüəyyənlik şəraitində vahid şəkildə gözləmək vacibdir. Biz tətil müddətindən istifadə edərək, internet problemini də həll etməyə çalışacağıq. Artıq aidiyyatı qurumlarla bununla bağlı danışıqlara başlanılıb".

Böyük inamımız var ki, ordumuz tərəfindən qələbə qazanıldıqdan sorna hər şeyi normallaşdırmaq mümkün olacaq. Oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək", - deyə təhsil naziri əlavə edib.

79
Əlaqədar
Azərbaycan məktəblərində tətil elan edildi - Rəsmi
Nazirlər Kabineti məktəb və bağçaların taleyi barədə qərarını açıqladı
Nazir məktəblərdə tədrisin dayandırılmasının səbəbini açıqladı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

0
(Yenilənib 07:57 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.
5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə