ELM

Direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib

© Sputnik / Murad OrujovMiq.edu.az saytının istifadəçisi
Miq.edu.az saytının istifadəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilər.

BAKI, 31 mart — Sputnik. Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər. 

Экзамены в одном из бакинских вузов, фото из архива - Sputnik Azərbaycan
ELM
Dövlət qulluğuna qəbul qaydaları dəyişdi

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il  tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilər.

Qeyd edək ki, qeydiyyatdan keçmək istəyən şəxslər www.miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

Xatırladaq ki, imtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

Xəbər lenti
0