Kitab, arxiv şəkli

Dərslik müəllifi olmaq şansınız var

44
(Yenilənib 16:35 16.03.2017)
Bir neçə mərhələdən ibarət olacaq müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət olunacaq və qaliblərlə əməkdaşlıq müqaviləsi bağlanacaq

BAKI, 16 mart — Sputnik. Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan mütəxəssisləri — müəllim, doktorant, metodistləri əməkdaşlığa dəvət edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iştirakçı namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, seçimlərdə ixtisas fənni üzrə dərin bilikləri olan, araşdırma, fikirlərini yazılı formada şərh etmək təcrübəsinə, yüksək özünütəhsil vərdişlərinə, xarici dil, kompüter biliklərinə malik, tədris resurslarının hazırlanması layihələrində iştirak edən, geniş elmi dünyagörüşü olan şəxslərə üstünlük veriləcək.

Qeyd edək ki, bir neçə mərhələdən ibarət olacaq müsabiqəyə zəruri keyfiyyətlərə malik şəxslər dəvət olunacaq və qaliblərlə əməkdaşlıq müqaviləsi bağlanacaq.

44