BAKI, 16 mart — Sputnik. UNEC-də Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Buisness) professorlarının mühazirələrinə start verilib. Sputnik Azərbaycan xəbər verir ki, Polşanın nüfuzlu universitetinin üç professoru — Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və Sabah qruplarında dərs deyəcəklər.
UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar dünya iqtisadiyyatı, maliyyə və biznesin idarəedilməsi ixtisası üzrə təhsil alan tələbələrə risklərin idarə edilməsi, fyuçers və opsion müqavilələri, valyuta törəmələri, valyuta bazarının konvensiya və əməliyyatları mövzusunda mühazirə oxuyacaqlar. Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihə bir həftə davam edəcək.
Qeyd edək ki, mübadilə proqramı çərçivəsində martın 6-dan 11-dək UNEC-in iki müəllimi — İnara Rzayeva və Sevər Məmmədova Poznan İqtisad və Biznes Universitetində mühazirə oxuyublar. Aprel ayında isə UNEC-in 4 professoru sözügedən universitetdə iqtisadiyyat və riyaziyyat fənlərini tədris etməyə dəvət ediliblər.
Onu da əlavə edək ki, 1926-cı ildə yaradılan Poznan İqtisad və Biznes Universiteti Polşanın ən qədim və nüfuzlu iqtisadyönümlü universitetlərdən biridir. Bu ali təhsil ocağı Polşada ən reytrinqli universitet sayılır. Məktəbin nüfuzu dünyanın tədris idarəetmə təhsil metodları və iqtisadiyyat, eləcədə biznes istiqamətləri son ideyaları uyğun yüksək təhsil standartlarına uyğun yaradılıb. Güclü təhsil bazası olan universitet iş dünyası ilə sıx əməkdaşlıq edir.
BAKI, 2 mart — Sputnik. "Hazırda ümumtəhsil müəssisələrində dərslər öz qaydasında davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".
BAKI, 28 fevral - Sputnik. ExoMars-2016 missiyasının Trace Gas Orbiter Rusiya-Avropa kosmik aparatı Mars planetinin səthində nəhəng burulğanların şəklini çəkib.
Sputnik Azərbaycan bildirir ki, şəkilləri "Roskosmos" paylaşıb.
"Nəhəng toz burulğanları Mars səthində daimi hadisədir. 2021-ci il fevralın 27-də Trace Gas Orbiter aparatındakı CaSSIS kamerası ilə 45 saniyə fərqlə çəkilmiş bu iki şəkildə iki hərəkət edən burulğan görünür", - dövlət şirkətinin saytında deyilir.
Məlumat verilir ki, parlaq ləkələr Marsın cənub yarımkürəsində, 70 kilometrik kraterin dibi ilə hərəkət edərək özlərindən sonra tünd rəngli zolaqlar buraxır. İki toz sütununun hərəkət edən kölgəsi də görünür. Burulğanlardan birinin sürəti saniyədə 4, digərinin isə saniyədə 8 metrdir.
Marsdakı burulğanların hündürlüyü 8 kilometrə çata bilər. Onlar özlərindən sonra onlarla, yüzlərlə kilometr enində izlər qoya bilir. Qırmızı planetin burulğanlarının öyrənilməsi son dərəcə vacib hesab olunur. Çünki bu, onların zaman keçdikcə planetin iqliminə necə təsir etdiyini anlamağa kömək edər.
BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz.