Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

232
(Yenilənib 17:36 12.03.2017)
Martın 13-dən etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq

BAKI, 12 mart — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib. 

DİM mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 37230 şagirdin imtahan verib.

Martın 13-dən etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır. İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış  imtahanının nəticələri isə yaxın günlərdə elan ediləcək. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər. 

232
Mirənvər İsmayılzadə

Stereotipləri qıraraq - böyük sözünə baxmamaq azərbaycanlı gəncin həyatını dəyişdi

352
Ötən il Tibb Universitetində təhsilini yarıda qoyub, bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan lənkəranlı gənc yüksək nəticə əldə etdi

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. O ötən il yüksək balla həkimlik ixtisasına daxil olur, 3-4 ay da Tibb Univeristetinin auditoriyasında oturur. Lakin bu müddətdə anlayır ki, valideynləri onu cərrah görmək istəsələr də, bu sahənin adamı deyil. Bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan Lənkəran rayonunun Digah kənd sakini Mirənvər İsmayılzadə birinci mərhələdə 300 bal toplamaqla respublikada yüksək nəticə əldə edib.

Mirnail İsmayılov oğlunun yüksək balla qəbul olunduğu Tibb Universitetini tərk etməsinin onları sevindirmədiyini Sputnik Azərbaycan-a müsahibəsində bildirdi: "Yəni bu, hər adamın başına gələn hadisə deyil. Hər bir valideyn öz övladının ya hüquqşünas, ya yüksək səviyyəli mütəxəssis, xüsusən də həkim olmasını arzu edir. Biz Mirənvəri cərrah kimi görmək istəyirdik. Sən demə, onun başqa bir fikri var imiş. Universiteti tərk etdikdən sonra bütün tənqidi fikirlərə dözdü. Lakin onun növbəti imtahanlarda daha yüksək nəticə əldə edəcəyini vəd verməsini də xatırlamıram. Açığı, belə bir nəticəni gözləmirdim və gecənin bir yarısı xəbəri biləndə yaxşı tərəfdən şok oldum. Bütün valideynlərə belə bir şok olmalarını arzu edirəm. Mirənvərə dərs deyən 10 saylı məktəbin müəllimləri ona qəbul olunmasında dəstək oldular və buna görə onlara, xüsusən də məktəbin direktoruna çox-çox minnətdaram".

© Sputnik / Rahim Muradov
Mirənvər İsmayılzadə atası Mirnail İsmayılovla birgə

Məlumat üçün bildirək ki, Mirənvər İsmayılzadə 2019-cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbini bitirdikdən sonra ali məktəblərə qəbul imtahanlarında 652 bal toplayaraq Tibb Universitetinə qəbul olunub. "Müalicə işi" fakültəsində 3-4 ay təhsil aldıqdan sonra öz ərizəsi ilə universitetdən xaric olunmasını istəyib.

Səbəbi isə Mirənvər belə izah edib: "Universitetdə bir müddət təhsil aldıqdan sonra həkimliyin istədiyim peşə olmadığını anladım. Ötən il öyrəndiklərim bu il mənim hazırlaşmağımda çox mühüm rol oynadı. Dərs ilinin əvvəllərində müəyyən qədər hazırlıq kurslarında məşğul oldum. Lakin ilin ikinci yarısında pandemiyaya görə hamı kimi mən də hazırlıqlarıma evdə davam etməli oldum.

Ötən il IV ixtisas qrupunu seçmişdim, bu il isə I ixtisas qrupunu seçdim. Qruplarda fənlər, demək olar, oxşar olduqları üçün hazırlaşdığım dövrlərdə elə də ciddi çətinliklərlə qarşılaşmadım. DİM-in təşkil etdiyi sınaq imtahanlarının, demək olar, hamısında iştirak etdiyim üçün qəbul imtahanlarında qəti həyəcanlanmadım. Abituriyentlərə məsləhətim odur ki, nəzəriyyəni oxuyub bitirdikdən sonra öz biliklərini testlərlə təkmilləşdirə bilərlər. Çünki mən 9-cu sinfə qədər nəzəriyyəni tam oxuyandan sonra X-XI siniflərdə yalnız testlərlə işləyirdim. Mən XI sinifdə oxuyanda, demək olar ki, nəzəriyyə oxumurdum, yalnız testlərlə işləyirdim".

"Qeyd edim ki, atamla anam ingilis dili fənni üzrə müəllimdirlər. Hər iki valideynimin mənim qəbul imtahanlarına hazırlaşmağımda böyük dəstəkləri olub və onlara böyük minnətdarlığımı bildirirəm. Bundan əlavə, bitirdiyim şəhər 10 saylı orta məktəbin direktoru Qadir Axundov müəllimə də dərin təşəkkürümü bildirirəm. Çünki Qadir müəllim imtahanlara hazırlıq prosesində mənə ciddi şəkildə dəstək verib. Mənim bir bacım var, o da dərslərini yaxşı oxuyur, lakin onun hazırlaşdığı ixtisas bloku mənimkindən fərqli olduğu üçün bacıma çox da köməklik göstərə bilmirəm", - Mirənvər əlavə edib.

Beləliklə, qəbul imtahanının birinci mərhələsində maksimum 300 bal toplayan M.İsmayılzadənin hədəfi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Qeyd edək ki, Mirənvər İsmayılov ötən il Amerika Birləşmiş Ştatlarının univeristetlərinə qəbul imtahanlarında da yüksək nəticə göstərib. Lakin Azərbaycanın Tibb Universitetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.

352
Əlaqədar
Yeni modelə keçidin başlanğıcı: Azərbaycanda pandemiya dövründə təhsil inqilabı
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik
Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?
Ekspert: “Pandemiya xaricdə təhsil alanların sayına təsir edib”
Təhsil Nazirliyinin binası, arxiv şəkli

Təhsil Nazirliyində maraqlı təyinat

545
(Yenilənib 15:24 12.08.2020)
Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzova artıq kollektivə təqdim olunub və işə başlayıb

BAKI, 12 avqust — Sputnik. Təhsil Nazirliyi Bakı şəhəri, 7 nömrəli tam orta məktəbə yeni direktor təyin edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Bülbül adına orta ixtisas musiqi məktəbinin keçmiş müəllimi Könül Təhməzova sözügedən məktəbə direktor vəzifəsinə təyin edilib. Məktəbdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Könül Təhməzova artıq kollektivə təqdim olunub və işə başlayıb. Məktəbin əvvəlki direktoru Könül Həsənova isə başqa məktəbin idarəçiliyinə göndərilib.

Qeyd edək ki, Könül Təhməzova Xalq artisti Afaq Bəşirqızının oğlu Səmralın həyat yoldaşıdır. Cütlüyün iki oğlu var. Oğlanların böyüyü SSRİ xalq artisti, unudulmaz Bəşər Səfəroğlunun adını daşıyır.

545
Cavid Zeynallı, arxiv şəkli

Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi

0
(Yenilənib 20:24 12.08.2020)
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

BAKI, 12 avqust — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihə üzrə yazar Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən etibarən həyata keçirilən "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Zengin Yayıncılık" nəşriyyatı ilə əldə olunan razılığa əsasən, bu günə qədər klassik və müasir dövr azərbaycanlı müəlliflərin kitabları tərcümə və çap edilərək türkiyəli oxucuların ixtiyarına verilib.

0
Əlaqədar
Tanınmış yazıçıdan mütaliə həvəskarlarına əvəzolunmaz hədiyyə
Bədii tərcümə problemi: Günahkar kimdir?
Xalq yazıçısı: “Koronavirus insanların kitaba qayıtmasına səbəb olacaq”
Bölünə bilinməyən Xəzər - problem necə həll olunmalıdır?
Qutsal mətnin alternativ təfsiri