Orta məktəb şagirdləri dərs zamanı

Fənn müsabiqələri keçiriləcək

107
(Yenilənib 10:07 02.03.2017)
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır

BAKI, 1 mart — Sputnik. Martın 5-də ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagirdin iştirakı gözlənilir. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin  reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.

107
Teqlər:
Təhsil Nazirliyi, Fənn müsabiqələri, tədris ili, beynəlxalq fənn və layihə olimpiadaları, istedadlı uşaqlar
Əlaqədar
"Azərbaycan multikulturalizmi" fənni dünyada tədris olunacaq
"Multikulturalizm" adlı fənn artıq bütün universitetlərdə tədris ediləcək
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
Məktəblərin birində, arxiv şəkli

Yeni tədris ilinə hazırıqmı? - Sorğunun nəticələri

8
(Yenilənib 20:56 20.09.2021)
Müəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - Respondentlər belə tələb edirMüəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - Respondentlər belə tələb edir

BAKI, 20 sentyabr — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesi sentyabrın 22-də başlanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 06-10 sentyabr tarixlərində sorğu keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, sorğuda iştirak edən 704 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.

Yeni tədris ilində dərslərin keçirilmə forması ilə bağlı respondentlərin verdikləri cavablardan məlum olub ki, onların 30%-i dərslərin distant, 53%-i əyani, 13%-i qarışıq (həm distant, həm ənənəvi) qaydada təşkil olunmasını istəyirlər. Cavab verənlərin 4%-i üçün isə tədrisin hansı formada keçiriləcəyinin fərqi yoxdur.

İştirakçıların 44%-i dərslərin ötənilki kimi həm distant, həm ənənəvi qaydada keçiriləcəyini, 36%-i ənənəvi təhsilin tam bərpa olunacağını, 19%-i isə distant qaydadatəşkil olunacağını düşünür.

“Təhsil müəssisələrində koronavirus əleyhinə hansı tədbirlərin görülməsini məqsədəuyğun hesab edirsiniz?” sualına verilən cavablar belə olub:

  • 18 yaşdan yuxarı tələbə və müəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir - 58%;
  • Şagird, tələbə və müəllimlər maska taxmalıdır - 43%;
  • Təhsil müəssisəsi mütəmadi olaraq dezinfeksiya olunmalıdır - 69%;
  • Siniflər dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdır - 58%;
  • Şagirdlər arasında ara məsafə saxlanılmalıdır - 39%;
  • Müəssisəyə daxil olanların hərarəti ölçülməlidir - 46%;
  • Məktəblərdə tənəffüs müddəti siniflər üçün fərqli saatlarda təşkil olunmalıdır - 30%

Respondentlərin 8%-i yeni tədris ili üçün alış-verişə 100 AZN-ə qədər, 28%-i 100-200 AZN, 31%-i 200-300, 22%-i 300-500 AZN, 12%-i isə 500 AZN-dən çox vəsait lazım olduğunu bildirib.

Həmçinin oxuyun:

Məktəbli formasının bazarı "bağlanıb" - Valideynlər artıq xərcə düşmək istəmirlər

8
Teqlər:
tədris ili, hazırlıq, sorğu
Tibb işçisi insana COVID-19-dan Sinovac vaksini vurur, arxiv şəkli

Vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb

6
(Yenilənib 18:30 20.09.2021)
Ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib.

BAKI, 20 sentyabr — Sputnik. Təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib.

Bakı şəhəri üzrə bu göstərici 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.

Həmçinin oxuyun:

Vaksin və sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar

6
Teqlər:
vaksin, təhsil
Прогулка

Uzun ömür sürməyin sağlam yaşamağın yolu budur

0
(Yenilənib 21:21 20.09.2021)
Mütəxəssislər: sağlam qalmaq üçün "gündəlik 10 min addım" düşüncəsi sadəcə bir marketinq siyasətidir.

BAKI, 18 sentyabr — Sputnik. Gün ərzində 7 min addım atmaq sağlam və uzunömürlü olmaq üçün çox önəmlidir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir qənaətə "Massachusetts" universitetinin alimləri gəliblər.

Mütəxəssislər 11 il ərzində 38-50 aralığında olan 2 min 110 nəfər üzərində tədqiqat aparıblar.

Onlar bildiriblər ki, gündə 10 min deyil, 7 min addım atmaq erkən ölüm riskini 66 faiz azaldır.

Alimlər uzun illərdir ki, sağlam qalmaq və uzun ömürlü olmaq üçün "gündəlik 10 min addım" düşüncəsinin sadəcə olaraq bir marketinq siyasətinin - yəni, satışdan daha çox pul qazanılması hədəfinin tərkib hissəsi olduğuna da diqqət çəkiblər.

Onlar bildiriblər ki, hətta bu yolla daha çox pul qazanmaq üçün ötən əsrin 60-cı illərində "10 min addım ölçən" adı verilən bir cihaz da yaradılıb.

Elm adamları son olaraq belə qənaətə gəliblər ki, gündəlik 7 min addım atan şəxslər digərləri ilə müqayisədə daha sağlam və uzunömürlüdürlər.

Həmçinin oxuyun:

Pandemiya dövründə pəhriz saxlamaq düzgündürmü?

0
Teqlər:
ömür, sağlam, yaşamaq