UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib

İmtahan prosesini cəmiyyətə etibar edən universitet

41
UNEC-in mükafatlandırdıqları sırasında Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Təranə Xudabaxşıyeva da var

BAKI, 28 fev-Sputnik. Fevralın 28-də UNEC-də qış imtahan sessiyasının yekunları ictimaiyyətə açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüşdə UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasında obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə həyata keçirilən tədbirlər planına əsasən, prosesi izləyən təhsil ekspertləri, valideynlər, QHT və KİV nümayəndələri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov qış imtahan sessiyasının obyektiv və şəffaf keçirilməsində göstərdiyi dəstəyə görə ictimaiyyət nümayəndələrinə təşəkkür edib. Ədalət Muradov deyib ki, bu qış imtahan sessiyasında bir sıra yeniliklər həyata keçirilib: “SABAH Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbində imtahanlar mərkəzləşmiş qaydada təşkil olunub. Hər iki fakültədə tələbələrin mənimsəmə göstəricisi çox yüksək olub. Bundan başqa, imtahanların təşkili və apellyasiya prosesi ilk dəfə olaraq fakültələrə ötürülüb. Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də ilk dəfə olaraq imtahanlar UNEC-də tətbiq edilən qaydalara əsasən həyata keçirilib və burada da  imtahanlar ictimaiyyətə açıq olub. Sessiya dövründə 5491 tələbə apelyasiyaya müraciət edib. Sessiyanı akademik kəsrlə başa vuran tələbələrin sayı isə ötən illərlə müqayisədə 2 dəfə azalıb”. 

Rektor bildirib ki, tələbələrin imtahan nəticələrinə 1 bal əlavə edilmə məsələsi də var: ”Təqaüd sistemində tətbiq edilən müvafiq dəyişikliklərə görə, bu il əlavələr edilməyəcək. Bu, ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Təqaüd siyahısı müəyyən edildikdən sonra IV kurs tələbələrinə təkrar imtahanlar təşkil edilməsi məsələsinə baxılacaq”.

Rektor imtahanlarda və “Açıq qapı” günlərində iştirak edən ictimaiyyət nümayəndələrinə təəssüratlarını bölüşməyi təklif edib. Müşahidələrinin nəticəsi olaraq, təhsil prosesində təkmilləşməyə ehtiyac duyulan sahələr barədə tövsiyələri dinləməyə daima hazır olduğunu qeyd edib.

  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
1 / 8
© Photo : UNEC-in mətbuat xidməti
UNEC-də qış imtahan sessiyasının yekunlarına həsr edilmiş “Müşahidəçilərin müşahidələri və gözləntiləri” adlı görüş keçirilib

Daha sonra əməkdar elm xadimi, professor Şahlar Əsgərov universitetlərdə tələbə biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin əsas paradiqma olduğunu dilə gətirib. Bu sahədə UNEC-in öncüllərdən olduğunu qeyd edən professor, universitet rektorlarını  “təhsilin sərkərdəsi” adlandırıb.

“Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev çıxışı zamanı qeyd edib ki, dünya universitetləri məzunlarına və beynəlxalq əlaqələrinə görə qiymətləndirilir: “Təsadüfi deyil ki, son vaxtlar KİV-də UNEC-in beynəlxalq əlaqələri və məzunlarının nailiyyəti haqda xəbərlər oxuyuruq. Bu, o deməkdir ki, artıq cəmiyyətdə “narxoz” haqda olan miflər dağıdılıb. Bu da sevindirici haldır”. 

“XX Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev sessiya dövründə tələbələr arasında keçirdikləri anonim sorğunun nəticələrini açıqlayıb. O, bildirib ki, 400 tələbə arasında keçirilən anket sorğusu 5-i açıq olmaqla, 8 sualdan ibarət olub: ”Respondentlərin imtahan sessiyası və tədris prosesinin gedişi, sualların keyfiyyəti, tələbə məmnuniyyəti və s. ilə bağlı münasibətləri öyrənilib. Nəticələr onu deməyə əsas verir ki, tələbələr UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirirlər”.

“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə deyib ki, universitetlər cəmiyyətin aparıcı qüvvəsidir: “Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. Prosesləri iki dəfə müşahidə edən bir jurnalist kimi əminliklə deyə bilərəm ki, UNEC imtahan prosesini birbaşa cəmiyyətə etibar edib. Bu, təqdirəlayiq haldır!”

Daha sonra Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev ali təhsildə islahatlarla bağlı konfrans keçirməyi təklif edib. Əliməmməd Nuriyev bildirib ki, UNEC-in Differensial Əməkhaqqı Sistemi, imtahanlarda neqativ hallarla mübarizə metodları və digər uğurlu yenilikləri müsbət təcrübə kimi digər universitetlərlə paylaşılmalıdır. Ə.Nuriyev UNEC-də həyata keçirilən islahatlarla bağlı tədqiqatlar aparılmasını da tövsiyə edib. 

Görüşdə çıxış edən valideynlər ən obyektiv meyarın məmnun tələbə olduğunu bildiriblər. Övladlarının imtahan və dərs prosesindən razı qaldıqlarını qeyd ediblər.

Sonda ictimaiyyət nümayəndələrinə UNEC-ə göstərdikləri dəstəyə görə sertifikat və hədiyyələr təqdim olunub. Mükafat alanlar sırasında Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Təranə Xudabaxşıyeva da var.

UNEC-də qış imtahan sessiyasının obyektiv təşkilinə görə Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi, informasiya təminatı və ictimaiyyətin məlumatlanmasına görə isə Marketinq və kommunikasiya departamenti sertifikatla təltif olunub.

41
Teqlər:
Konstitusiya Araşdırmaları Fondu, UNEC, Bayram Hüseynzadə, Əliməmməd Nuriyev, Təranə Xudabaxşıyeva, Ədalət Muradov, Şahlar Əsgərov
Əlaqədar
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

Həftənin sonunadək üç nəhəng asteroid "qonağımızdır"

12
(Yenilənib 20:27 26.01.2021)
Bu gün 2021 AL və 2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub.

BAKI, 26 yanvar - Sputnik. Bir neçə asteroid bu həftənin sonunadək Yerin yanından keçəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə NASA-nın Yerətrafı Obyektlərin Öyrənilməsi Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yanvarın 28-də Yerdən Ayadək olan məsafənin 5,5 qatı qədər uzaqlıqdan (təxminən 2,2 milyon km) 2021 BZ asteroidi keçəcək. Onun ölçüsü 29-65 metr arası təxmin edilir. O, Bakı vaxtı ilə təxminən 8:12-də Yerə ən yaxın məsafədən keçəcək. 

Bir qədər iri (47-110 m) 2021 AG7 asteroidi isə cümə günü "qonağımızdır". Onun Yerə ən yaxın məsafədən Bakı vaxtı ilə 12:50-də keçəcəyi təxmin edilir. Bu məsafə planetimizdən Ayadək olan məsafədən 11 dəfə çoxdur. Cümə günü axşam üçüncü bir asteroid - 2021 AF7 - daha da uzaq məsafədən keçəcək. Onun ölçülərinin 24-53 m olduğu təxmin edilir. 

Qeyd edək ki, bu gün 2021 AL2021 BD3 asteroidləri də planetimizin yanından ötüb. Onlarla aramızdakı məsafə Yerdən Ayadək olan məsafənin 10 qatına bərabər olub. Təxminən 67 m böyüklükdə olan asteroid Yerin yaxınlığından  5:01-də, balaca asteroid (19-43 m ölçüdə) isə 13:58-də keçib. 

12
Teqlər:
Yer, asteroid
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Vaksinasiya məcburi olmayacaq - Nazirlik

24
(Yenilənib 16:26 26.01.2021)
Nazirliyin qurum rəhbəri Facebook hesabında bildirib ki, vaksinasiyada heç bir məcburetmə halı olmayacaq

BAKI, 26 yanvar — Sputnik. "İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb.

O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.

24
Teqlər:
Azərbaycan, vaksinasiya, müəllimlər, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

0
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

0