Ağ Ev

Türk ordusunun Əl-Babı almasına ABŞ-dan maraqlı reaksiya

171
(Yenilənib 11:48 24.02.2017)
Şon Spayser: "Hal-hazırda təhlükəsiz bölgənin coğrafi yeri bizim üçün dəqiq bir nöqtə deyil"

BAKI, 24 fev – Sputnik. "Suriyada təhlükəsiz bölgə yaradılması məsələsi ilə əlaqədar fəaliyyətlər davam edir". Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser gündəlik mətbuat konfransında deyib. 

O, ABŞ prezidenti Donald Tramp və komandasının Suriyada təhlükəsiz bölgələr məsələsindəki fəaliyyətlərini davam etdirdiklərini bildirib.

Spaysır Suriyanın Əl-Bab şəhərinin terror təşkilatı İŞİD-dən xilas edilməsini xatırladan jurnalistin “Prezidentin görmək istədiyi bu cür bir təhlükəsiz bölgədirmi?” sualına belə cavab verib: “Hal-hazırda təhlükəsiz bölgənin coğrafi yeri bizim üçün dəqiq bir nöqtə deyil. Hazırda prezident həm maliyyə, həm də bu işin necə həyata keçiriləcəyi baxımından dünya liderlərindən vəd almaq istəyir. Ümumi mənada bölgə ölkələrindən əhatəli vədlər verilməsinə ehtiyacımız var”.

Ağ Evin sözçüsü yaxın zamanda əlaqədar qurumların hazırlıqlarını başa çatdıracaqlarını və məsələyə dair lazım olan bəyanatı verəcəklərini qeyd edib.

171
Teqlər:
Suriyada təhlükəsiz bölgə, İŞİD terror qruplaşması, Ağ Ev, Şon Spayser, Donald Tramp, Suriya
Əlaqədar
Suriyada türk əsgəri şəhid oldu
Suriyada 4 rus əsgəri öldürüldü
Üç ölkə Suriyada atəşkəsə nəzarət üzrə qrup yaradır
Cenevrədə növbəti Suriya danışıqları bu tarixdə keçiriləcək
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

11
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

11
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

20
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

20