Tovuzda təhsillə bağlı narazılıq

500 valideynin çağırışı: Uşaqlarımızın gələcəyini məhv etməyin

5642
(Yenilənib 17:19 21.02.2017)
Yuxarı siniflərdə təmayülləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb

İlham Mustafa, Sputnik Azərbaycan

Son günlər təmayül siniflər yaradılması və onların müəyyən məktəblərdə mərkəzləşməsi ilə bağlı aparılan işlər Tovuz rayonu İbrahimhacılı kəndində əhalinin narazılığına səbəb olub. Kənd sakinlərinin fikrincə, onların kəndində yaradılmalı olan təmayüllü siniflər Tovuz rayon təhsil şöbəsinin qərarı ilə digər kəndə salınib. Sakinlərin sözlərinə görə, ötən il rayon təhsil şöbəsi tərəfindən təmayül siniflərin İbrahimhacılı kəndinə uyğun olduğu deyilsə də, bir neçə gün əvvəl təmayüllü siniflərin qonşu kəndə yerləşdiriləcəyi bildirilib. İbrahimhacılı kəndinin sakinləri iki dəfə rayon mərkəzinə gedərək təhsil şöbəsinin müdiri ilə görüşmək istəsələr də, istəkləri baş tutmayıb.

  • Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    © Sputnik / Ilham Mustafa
  • Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    © Sputnik / Ilham Mustafa
  • Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    © Sputnik / Ilham Mustafa
  • Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    © Sputnik / Ilham Mustafa
  • Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Yuxarı siniflərdə təmayüılləşmə ilə bağlı Təhsil şöbəsinin verdiyi qərar kənd sakinlərini və müəllimləri ayağa qaldırıb

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı kənd sakinləri ilə görüşüb. Akif Sadıqov adına İbrahimhacılı kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini Lətif Alırzayev işlədiyi təhsil ocağının 4 kəndin mərkəzində yerləşdiyini bildirib: "Bütün göstəricilərə görə təmayül siniflər bizim kəndə yerləşməlidir. Yolu asfaltdır, bütün kəndlərə gedən marşrut avtobuslar burdan keçir. Bizim uşaqları göndərmək istədikləri məktəb isə həm uzaq, eyni zamanda da əlverişsiz yerdədir". 

Riyaziyyat müəllimi Mehriban Quliyeva da məsələyə münasibət bildirib: "Əgər əvvəldən bizə siniflərin bu kənddə olacağı deyilməsə, heç narazılıq etməzdik. Lakin qərarın qəfil dəyişdirilməsi iki kəndi üz-üzə qoyub. Məktəblərin fərqinə gəldikdə, buranın şagird sayı Köhnəqala məktəbinin şagirdlərindən iki dəfə çoxdur. Burada 4 dənə 9-cu sinif var. Həmin siniflərdə 75 şagird oxuyur. Oxumaq səviyyəsinə görə onlardan azı 40 nəfəri təmayüllü siniflərə keçmək qabiliyyətindədir. Buradan rayon mərkəzinə getmək daha rahatdır, nəinki Köhnəqala kəndinə".

Valideynlərdən Səhman Əsgərov və Akif Məmmədov məsələ ilə bağlı aidiyyatı qurumlara məktub hazırladıqlarını və artıq 500-dən çox ailə başçısının məktuba qol çəkdiyini bildirir. Valideynlər bura imza atanlardan heç bir şəxsin övladını başqa məktəbə göndərmək fikrində olmadığını, bu prosesin gələcəkdə övladlarının təhsildən uzaqalşmasına səbəb olacağını deyirlər.

Məsələ ilə bağlı Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseyinova ilə əlaqə saxladıq. Validə Hüseyinova məsələdən xəbərdar olduğunu və təmayüllü siniflərin İbrahimhacılı kəndində yerləşdirilməsi üçün lazım olan tədbirlərin görüləcəyini bildirib. 

5642
Teqlər:
məktəbdə narazılıq, Tovuz rayon Təhsil şöbəsi, Validə Hüseyinova, Səhman Əsgərov, Akif Məmmədov, Lətif Alırzayev, Mehriban Quliyeva, Köhnəqala kəndi, İbrahimhacılı kəndi, Tovuz rayonu
Əlaqədar
Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq
Şahlar Əsgərov: “Təhsili gündən-günə mürəkkəbləşdirirlər”
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

19
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

19
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona