UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinə seçilib

305
Malaziyanın Utara Universiteti ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb

BAKI, 20 fev — Sputnik. Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Dünyası Universitetləri Federasiyasının (Federation of the Universities of the Islamic World – WORLD) 7-ci Baş Konfransı keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) mənzil qərargahında keçirilən tədbirdə UNEC-i Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib.

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib
© Photo : UNEC
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

Konfransda ISESCO-nun Baş direktoru və eyni zamanda FUIW-in baş katibi Dr.Əbdüləziz Osman əl-Tuveycri Federasiyanın 2014-2016-cı illər ərzindəki fəaliyyətinə dair geniş məlumat verib. O, 345 ali təhsil müəssisəsinin üzv olduğu Federasiyanın İslam dünyası ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edən əlaqələndirmə funksiyasını həyata keçirdiyini bildirib. Fərqli ali təhsil sistemlərini təmsil edən universitetlər arasında əlaqələrin inkişafında FUIW-in müstəsna rol oynadığını diqqətə çatdıran digər çıxış edənlər Federasiyanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair təkliflər də irəli sürüblər. 

İki gün davam edən tədbirdə aktiv iştirak edən Ş.Bayramov İslam sivilizasiyasının əsas mərkəzlərdən biri olan Azərbaycan Respublikasında 2017-ci ilin ölkə başçısının müvafiq sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edilməsini və 2017-ci ilin mayında Bakı şəhərinin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırıb. O, tədbir iştirakçılarına İslam dəyərlərinin qorunması və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən çoxsaylı tədbirlər haqqında məlumat verib. Ali təhsilin keyfiyyəinin yüksəldilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində UNEC-də aparılan işlər barədə danışan Ş.Bayramov FUIW-a üzv olan universitetlərlə tələbə və müəllim mübadiləsi, birgə elmi fəaliyyət və ortaq tədris proqramları üzrə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduqlarını bildirib.

Konfransda Federasiya üzvləri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, İslam dünyası universitetlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin hazırlanması, İslam dünyasını əhatə edən elm, texnologiya və innovasiya platformasının yaradılması, ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinə çıxış əldə etməsi və digər bu kimi mövzularda geniş fikir mübadiləsi aparılıb. 

Təşkilati məsələlərin də müzakirə olunduğu Konfransda FUIW-in İdarə Heyətinin 2017-2019-cu illər üçün yeni tərkibi seçilib. 345 üzv arasından cəmi 15 universitetin daxil olduğu İdarə Heyətinə UNEC də seçilib. Bununla da, UNEC yaxın üç il ərzində FUIW-in fəaliyyətində və idarə edilməsində birbaşa iştirak etmək, təşkilat çərçivəsində qərarların qəbul edilməsində aktiv rol oynamaq və Federasiyanın bir sıra tədbirlərinə ev sahibliyi etmək imkanı qazanmış olub. Eyni zamanda, İslam dünyasında ali təhsil sahəsində əməkdaşlığı təşviq edən beynəlxalq təşkilatın İdarə Heyətində təmsil olunması UNEC-in həm Federasiyanın fəaliyyətinə töhvə verməsi, həm də onun həyata keçirdiyi layihələrdən daha çox faydalanması baxımından mühüm əhəmiyyət kəsb edir.

UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib
© Photo : UNEC
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib

Tədbir çərçivəsində Federasiyanın bir sıra üzv universitetləri ilə ikitərəfli görüşlər keçirilib, eləcə də, Malaziyanın Utara Universiteti ilə UNEC arasında Anlaşma Memorandumu imzalanıb.

FUIW-in 7-ci Baş Konfransında Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyev də iştirak edib. 

305
Teqlər:
İslam Dünyası Universitetləri Federasiyası, UNEC, İSESCO, Tarik Əliyev, Əbdüləziz Osman əl-Tuveycri, Şahin Bayramov, Rabat, Mərakeş, Azərbaycan, Bakı
Əlaqədar
Rusiya İqtisad Universitetinin rektoru: "UNEC böyük nailiyyətlər qazanıb"
Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq
Azərbaycan hərbçisi, arxiv şəkli

Cəbiş müəllimin davamçıları şagirdlərinə gerçək döyüş zəfəri anladacaqlar

25
(Yenilənib 18:26 21.10.2020)
"Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər Ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

BAKI, 21 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərindən ordu sıralarına qoşulan işçilərin sayı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub: "Onlardan 122-si müəllim, 5-i direktor müavinidir. İşğalçı Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv olunması Azərbaycanın güclü ordusunun olduğunu bir daha göstərir.

Ermənistanın son təxribatlarına və hücum cəhdlərinə layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Bu günlərdə on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduğunu bildirir və mübariz ruhda ordu sıralarına qoşulur. Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Xocalıda kişilərlə birlikdə vuruşan qadın: 5 gün meşədə nəvələrimə qar yedirib saxladıq
"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

64
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

64
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Yəhudilər, arxiv şəkli

Azərbaycanın yəhudi icması dünya yəhudilərinə müraciət etdi: Azərbaycanın yanında dayanın!

0
(Yenilənib 23:09 22.10.2020)
Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin

BAKI, 22 oktyabr - Sputnik. Azərbaycandakı yəhudi cəmiyyətləri dünya yəhudilərinə və yəhudi təşkilatlarına müraciət ünvanlayıb.

Yəhudi icmasından Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan zəngin tarixə mədəniyyətə və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə qanunlara riayyət edən hər kəs milliyyətindən, irqindən asılı olmayaraq sülh və təhlükəsizlikdə yaşayır. Biz, Azərbaycan yəhudiləri burada təxminən 2000 ildir ki, sülh və təhlükəsiz şəraitdə yaşayırıq. Tam əminliklə deyə bilərik ki, azərbaycanlılar çox sülhsevər, dinc, tolerant və muktikultural dəyərlərə çox sadiq insanlardır. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və bağçaları fəaliyyət göstərir. Bizim ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik içərisində yaşayır. Azərbaycan dövləti etnik azlıqlar da daxil olmaqla öz vətəndaşlarına qarşı çox tolerant və qayğıkeşdir.

Lakin biz qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların arasında düşmənçilik toxumu səpməyə cəhd edib, lakin bu əməlindən faydalana bilməyib. Müharibə zonasında verdiyimiz şəhidlərimizlə yanaşı  Ermənistan hökumətinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər və təxribatlar bizim birliyimizin bağlarını və aramızdakı qardaşlığı daha da gücləndirib. 

Biz çox təəssüflə qeyd edirik ki Ermənistan hökumətinin bizim mülki və hərbi infrastrukturlarımıza qarşı və həmçinin Azərbaycan vətəndaşlarına qarşı davamlı təxribatlar törətməkdən əl çəkmək niyyətində olmadığı aşkardır.  Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozdu və təmas xəttində yerləşən azərbaycanlı mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq  Azərbaycan ordusunun bu günə qədər davam edən uğurlu əks hücumu nəticəsində Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərinin nəzərəçarpacaq bir qismini azad edib.

Hərbi uğursuzluqlarını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri endirdi. Burada xüsusilə Gəncə şəhəri qeyd olunmalıdır, Gəncədə bu gün böyük Yəhudi icması yaşayır. İki dəfə raket hücumuna məruz qalan Gəncədə çox sayda mülki şəxslər həlak oldular.  Bütün bunlara rəğmən biz bəzi Yəhudi  təşkilatlarının bu gün də humanitar hüququ pozaraq regionda sülh və sabitliyi gözardı edən təcavüzkar ölkə Ermənistanla bağlı doğru məlumatlara sahib olmamaqla əlaqəli xəbərlərdən çox məyusuq və bu bizi çox narahat edir. Azərbaycanda yaşayan Yəhudi icmaları olaraq biz əziz soydaşlarımız sizə müraciət edirik.

Dünya ictimaiyyətini yanıltmağa yönəlmiş yanlış məlumatlandırma da daxil olmaqla təcavüzkar Ermənistanın təxribatlarına inanmayın, dost Azərbaycan xalqının və hökumətinin ədalətli mübarizəsində onların yanında dayanın və Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin".

Qeyd edək ki, müraciəti Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini Rabbi Zamir İsayev və Azərbaycanda Amerika Yəhudi Təşkilatının "Vaad L'hatzolas Nidchei Yisroel" direktoru Rabbi Şmuel Siman Tov imzalayıb.

0
Əlaqədar
Yəhudiləri niyə sevməliyik?
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Yəhudilər Azərbaycana təşəkkür etdilər
Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular