İmtahan

Dövlət İmtahan Mərkəzindən gözlənilməz qərar

1070
(Yenilənib 22:55 08.02.2017)
Bu il bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək

BAKI, 8 fev — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur.

Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və "Abituriyent" jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

1070
Teqlər:
DİM, qayda, Dövlət İmtahan Mərkəzi, qəbul, Azərbaycan
Əlaqədar
Deputatlar dil imtahanından keçəcək: Kim onu verə biləcək, kim yox?
Yeni imtahan qaydaları şərh olunur
Dövlət İmtahan Mərkəzinin nümayəndəsi: "Monitorinqin nəticələri ürəkaçan deyil"
Buraxılış imtahanlarının yeni qaydaları müzakirə olunacaq
Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal
Valideynlər övladlarının imtahanında iştirak edə biləcəklər
Yeni imtahan qaydaları açıqlandı