Yür kürəsinin kosmosdan görünüşü

Yer planetində gizli qitə aşkarlandı

932
(Yenilənib 23:30 04.02.2017)
Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlinib

BAKI, 4 fev-Sputnik. Cənubi Afrikanın Vits Universitetinin professoru Luis Aşvalın rəhbərlik etdiyi tədqiqat qrupu Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlib. Sputnik Azərbaycan "Nature Communications" jurnalına istinadla xəbər verir ki, vulkanik lavanın tərkibində tapılan kristallar dəniz altında qalan gizli qitənin mövcudluğuna dair dəlildir. Çünki həmin kristallar Yer üzünə vulkanik lavalar vasitəsilə çıxıb.

Alimlər vulkanik ada olan Mavrikinin altında "yatan" gizli qitəyə aid daha çox dəlillərə rast gəlinəcəyinə əminliklərini bildirirlər. Onların sözlərinə görə, sözügedən qitə bir neçə milyon il bundan əvvəl qitələr bir-birindən ayrıldığı zaman nəhəng dalğaların altında qalıb və okeanın dərinliklərinə qərq olub.

Tədqiqatçılar iddia edirlər ki, təxminən bir milyard il əvvəl Yer üzündə sadəcə "Rodinya" adı verilən bir qitə mövcud olub. Qeyd edək ki, Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən olan elm adamları 2013-cü ildə Hind okeanında 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında qara obyekt kəşf ediblər.

932
Teqlər:
Rodinya, Luis Aşval, Vits Universiteti, Norveç, Cənubi Afrika, Hindistan, İngiltərə, Almaniya
Əlaqədar
2017-ci ildə Yer kürəsini fəlakət gözləyir
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Yer kürəsini məhv edəcək ulduz aşkarlandı
Yer kürəsi belə məhv olacaq
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
Yer kürəsi fəlakətin astanasındadır
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

317
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

317
Auditoriyada tələbələr, arxiv şəkli

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

13
(Yenilənib 14:26 03.07.2020)
Prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır

BAKI, 3 iyul — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin iyulun 20-dək uzadılması ilə bağlı tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi müvəqqəti təxirə salınır.

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumata görə, prosesin təxirə salınması bu müddət ərzində tələb olunan bəzi sənədlərin tələbələr tərəfindən əldə edilməsində yaranacaq çətinliklərlə bağlıdır.

Tələbələrin köçürülməsi üzrə yeni qeydiyyat tarixlərinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

13
Əlaqədar
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Magistraturaya qəbulun nəticələri elan edildi
Karantindən sonra tamamilə yeni siniflər görəcəyik: NK-nın qərarı təqdir edilir
Ekspert: “Müasir dövrün tələblərinə cavab verən dərsliklər yazılmır”
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

23
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

23