UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə universitetlərinə məzun olunacaq müəllimlərdən ibarət nümayəndə heyətini qəbul edib

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

9
(Yenilənib 12:50 03.02.2017)
Dekan və kafedra müdirlərinin təmsil olunduğu 18 əməkdaşın Türkiyəyə səfəri nəzərdə tutulub

BAKI, 3 fev — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimlərindən ibarət yeni nümayəndə heyəti Türkiyənin nüfuzlu Uludağ, Sakarya və Süleyman Dəmirəl universitetlərinə ezam olunacaq. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihənin əsas məqsədi müəllimlərin elmi potensialının artırılması, xarici universitetlərin təcrübəsinin öyrənilməsidir.

Səfər zamanı həmin universitetlərin ali təhsil sistemi, tədris edilən ixtisas fənləri, sillabuslar, dərslik, imtahan, laboratoriya və kitabxana sistemi ilə tanışlıq nəzərdə tutulub. UNEC müəllimlərinin türkiyəli həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, xüsusən də elmi tədqiqatların həyata keçirilməsi, birgə elmi məqalələrin yazılması, müvafiq dərsliklərin hazırlanması ilə bağlı müzakirələrin aparılması da proqrama daxil edilib.

Nümayəndə heyəti ilə görüşən rektor, professor Ədalət Muradov UNEC-in xarici universitetlərlə əməkdaşlığının daha da genişləndirilməsində belə səfərlərin vacib rol oynadığını vurğulayıb. Ötən tədris ilində universitetin 15 professorunun qonşu ölkənin tanınmış ali məktəblərinə ezam olunduğunu diqqətə çatdıran rektor, gələcəkdə belə səfərlərin dünyanın nüfuzlu universitetlərinə təşkil olunacağını xüsusi qeyd edib.

Dekan və kafedra müdirlərinin təmsil olunduğu 18 əməkdaşın Türkiyəyə səfəri fevral ayının 6-dan 10-a kimi nəzərdə tutulub.

9
Teqlər:
UNEC, təhsil, universitet, Türkiyə, müəllim
Əlaqədar
UNEC müəllimləri mükafatlandırılıb
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi nümayiş olunub
UNEC-də “600+” tələbə klubu yaradılıb
UNEC-lə ACCA arasında müqavilə imzalanıb