Azərbaycan Dövlət İqtisad Universiteti

Dünya elm məkanına aktiv inteqrasiya edən universitet

15
2016-cı il ərzində UNEC əməkdaşlarının 864 elmi məqaləsi və 16 monoqrafiyası, 27 dərslik, 48 dərs vəsaiti, 246 proqram və metodik vəsaiti nəşr olunub

BAKI, 1 fev — Sputnik. Təhsil Nazirliyinin sifarişi əsasında ölkənin ali təhsil müəssisələrinin dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters” bazasına tam çıxış əldə etməsi və UNEC-də tətbiq olunan differensial əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu rəqabət dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”in ali təhsil müəssisələri üçün qlobal elmi bazası olan “Web of Science”a daxil olan elmi nəşrlərin sayında da özünü göstərməkdədir. Belə ki, UNEC əməkdaşlarının 2000-2016-cı illərdə çap edilən elmi əsərlərinin 35%-i məhz son üç ilin (2014-2016) payına düşüb.

Qeyd edək ki, 2016-cı il ərzində UNEC əməkdaşlarının 864 elmi məqaləsi və 16 monoqrafiyası, 27 dərslik, 48 dərs vəsaiti, 246 proqram və metodik vəsaiti nəşr olunub. Eləcə də, dünyanın nüfuzlu xarici jurnallarda UNEC əməkdaşlarının 253 elmi məqaləsi çap edilib.

15
Teqlər:
Web of Science, proqram və metodik vəsait, nüfuzlu xarici jurnallar, ali təhsil müəssisələri, Thomson Reuters, UNEC, UNEC-in mətbuat xidməti, Təhsil Nazirliyi