Qafqaz Universiteti

"Qafqaz" Universitetinin tələbələri başqa ali məktəblərə köçürülmək istəmirlər

1779
(Yenilənib 12:28 19.01.2017)
Universitetin bağlanması tələbə-müəllim heyətinin ciddi narahatlığına səbəb olub

BAKI, 19 yan — Sputnik. "Qafqaz" Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

Qafqaz Universitetinin ləğvetmə prosesi başlanılıb
© Sputnik / Irade JELIL
"Qafqaz" Universitetinin ləğvetmə prosesi başlanılıb

Məlumatda bildirilir ki, tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq.

"Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq" — deyən nazirlik tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlamalarını xahiş edir.

Bəs qəflətən belə qərarın verilməsinə nə səbəb olub? "Qafqaz" Universitetinin bazasının gələcək taleyi necə olacaq? Qərardan sonra universitetdə hansı ab-hava hökm sürür? Bütün bu suallara aydınlıq gətirmək üçün universitetə üz tutduq. Qeyd edək ki, qərara baxmayaraq, universitetdə həmişəki kimi mühafizə xidməti ciddi fəaliyyət göstərir. Belə ki, rəhbərliklə (bizim halda mətbuat xidməti ilə) əlaqə saxlamadan, universitetin əməkdaşlarından kimsə qapıya gəlmədən heç kim içəri buraxılmır.

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza
© Sputnik / Irade JELIL
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza

Universitetdə mətbuat xidmətinin rəhbəri Rəcəb Rza ilə görüşdük. R. Rzanın sözlərinə görə, hal-hazırda universitetdə 4500 dən çox tələbə təhsil alır. Onların arasında Türkiyənin 100-ə yaxın vətəndaşı var ki, məlum hadisələrlə əlaqədar olaraq onlardan 40-50 nəfəri dərslərdə iştirak etmir: "Beynəlxalq Konvensiyaya görə, bir qanun verilirsə, onun ikinci dəfə geriyə çevrilməsi mümkün deyil. Əvvəllər qanun olub, YÖK "Qafqaz" Universitetini tanıyıb. Hətta tələbələr Türkiyədə "denklik belgesi", yəni, uyğunluq sənədlərini də alıblar. İndi Türkiyədə YÖK-un Qafqaz Universitetinin diplomlarını tanınmaması başadüşülən deyil".

O, universitetdə 405 əməkdaşın çalışdığını deyir: "Dövlət universitetinə çevriləriksə, yəqin, təhsil haqqı da dövlət universitetinə uyğun olacaq. Amma bəzi ixtisaslar var ki, orada tədris edən müəllimlər əcnəbilərdir, burada müqavilə ilə çalışırlar. Ola bilsin ki, həmin fakültələrdə təhsil haqqı bir qədər yüksək olsun".

Universitetdə 405 əməkdaş çalışır
© Sputnik / Irade JELIL
Universitetdə 405 əməkdaş çalışır

Hazırda "Qafqaz" Universitetində təhsil haqqı 2000-4500 manat arasıdır. Təhsil haqqı ixtisaslara görə dəyişir. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, əvvəllər universitetdə Beynəlxalq Münasibətlər fakültəsi fəaliyyət göstərirmiş. Həmin fakültədə təhsil haqqı ildə 6500-ə qədər yüksəlirmiş. İki ildir ki, həmin fakültə bağlanıb.

Bəzi məlumatlara görə, Fətullah Gülənin yaratdığı universitetlər dünyanın 170 ölkəsində fəaliyyət göstərir. Türkiyə hökuməti "Qafqaz" Universitetini də həmin universitetlərin siyahısına daxil edib. Amma R. Rza deyir ki, "Qafqaz" Universiteti 3 ildir Beynəlxalq Təhsil Kompleksinin (SOCAR) nəzdində fəaliyyət göstərir: "Yəni bizim Fətullah Gülənlə heç bir əlaqəmiz yoxdur. Amma deyirlər də…"

"Qafqaz" Universitetinin diplomlarının Türkiyədə tanınmayacağı məsələsinə münasibət bildirən R. Rza onu da qeyd etdi ki, diplomların tanınmaması rəsmi şəkildə, hər hansı bir qərarla bəyan edilməyib: "Türkiyədə YÖK başqanı mətbuat konfransında diplomu tanınmayacaq universitetlərin adını çəkib, "Qafqaz" Universitetinin də adını qeyd edib. Türkiyə Təhsil Nazilriyinin Azərbaycan Təhsil Nazirliyinə rəsmi şəkildə heç bir məktubu, bildirşi daxil olmayıb. Nə bizim nəzdində olduğumuz quruma, nə də universitetin özünə rəsmi heç bir fikir bildirilməyib".

Ola bilsin, diplomların tanınmaması, hazırda da oxuyan və universiteti son illər bitirən tələbələrinə şamil edilsin
© Sputnik / Irade JELIL
"Ola bilsin, diplomların tanınmaması, hazırda da oxuyan və universiteti son illər bitirən tələbələrinə şamil edilsin"

"Ola bilsin, diplomların tanınmaması, hazırda da oxuyan və universiteti son illər bitirən tələbələrinə şamil edilsin. Çünki Türkiyədə yüzlərlə insan var ki, "Qafqaz" Universitetinin məzunudur və hal-hazırda həmin şəxslər kifayət qədər dövlət əhəmiyyətli idarələrdə çalışırlar. Universitetimiz açılan gündən Türkiyə universiteti olmayıb, burada təhsil Azərbaycan dilində olub, imtahanları Azərbaycan dilində vermişik. Məsələn, Xəzər Universitetinin rektoru əcnəbidir. İndi deyilməlidir ki, o, başqa dövlətin universitetidir? Bu, düzgün fikir deyil. Mən özüm də "Qafqaz" Universitetinin məzunu olmuşam, hazırda da doktarantıyam. Özüm şahidəm ki, burada təhsil, bütün yazışmalar, imtahanlar Azərbaycan dilində aparılıb" — Rza vurğulayıb.

Daha sonra o, əlavə edib: "Bəli, universitemiz ləğv olundu. Müşahidə Şurası toplantı keçirərək bu qərara gəlib ki, universitet ləğv olunsun. Amma buna baxmayaraq, heç bir ajiotaja səbəb yoxdur. Baş verən hadisələr universitetimizdən asılı olmayan məsələlərdir. Biz burada uşaqlara elə-belə kağız verməmişik. Biz burada uşaqlara təhsil vermişik. Verdiyimiz diplomlar sadəcə kağızdan ibarət deyil. Biz onlara vətəni sevməyi, müstəqilliyi qorumağı öyrətmişik. Burada müəllimlərimiz fədakardır. Heç bir universitetdə bizim müəllimlərimiz kimi mütəxəsis yoxdur".

Mətbuat xidmətinin rəhbəri, baş verənlərə baxmayaraq tədris fəaliyyətinin fasiləsiz davam etdirildiyini və qış imtahan sessiyasının gedişatında heç bir problem olmadığını diqqətə çatdırıb: "Tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem olmayacaq. "Qafqaz" Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və onların, eləcə də valideynlərinin narahatlığına heç bir səbəb yoxdur. Ləğv edilən "Qafqaz" Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində, heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır".

Tələbələr təhsillərini bu universitetdə davam etdirmək, başqa universitetlərə köçürülmək istəmədiklərini deyirlər
© Sputnik / Irade JELIL
Tələbələr təhsillərini bu universitetdə davam etdirmək, başqa universitetlərə köçürülmək istəmədiklərini deyirlər

Qeyd edək ki, universitetin tələbələri də KİV-də yayılan informasiyaya görə çox narahat idi. R. Rza ilə müsahibə zamanı onlarla tələbə qapını döyüb, məsələyə aydınlıq gətirilməsini istəyirdi. Onlar təhsillərini bu universitetdə davam etdirmək, başqa universitetlərə köçürülmək istəmədiklərini deyirdilər.

Söhbət etdiyimiz tələbələrdən biri bildirdi ki, 3-cü kursda oxuyur və ali təhsil ocağından olduqca razıdır: "Bizə burda ixtisasımızı öyrədirlər. Biz buranın müəllimlərini sevrik. Biz başqa universitetlərə köçürülmək istəmirik".

Universitetdən çıxarkən, yenə mühafizə xidməti ilə qarşılaşdıq. Bizə bildirildi ki, yanımızda universitetin əməkdaşlarından kimsə olmasa, təhsil ocağının binasının şəklini çəkə bilmərik: "Əgər şəkil çəkmisinizsə, silin". Köməyimizə icazəli olmağımız yetişdi.

Ləğv edilmiş Qafqaz Universitetinin balansında Bakı Mühəndislər Universitetinin yaradılacağı xəbəri yayılıb
© Sputnik / Irade JELIL
Ləğv edilmiş "Qafqaz" Universitetinin balansında Bakı Mühəndislər Universitetinin yaradılacağı xəbəri yayılıb

Qeyd edək ki, ləğv edilmiş "Qafqaz" Universitetinin balansında Bakı Mühəndislər Universitetinin yaradılacağı xəbəri yayılıb. Ola bilsin ki, bu il universitetdə pedaqoji təhsil alan tələbələr universiteti bitirdikdən sonra bəzi fakültələr ləğv edilsin.

Xatırladaq ki, "Qafqaz" Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (Təhsil Nazirliyinin keçmiş adı — red.) nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. Daha sonra mövcud qaydalara əsasən 20.08.2002-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunub. Universitet hal-hazırda Xırdalan şəhərində 20 ha ərazidə yerləşir.

1779
Teqlər:
Rəcəb Rza, "Qafqaz" Universiteti, tədris, təhsil, tələbə, mətbuat xidməti, müəllim
Əlaqədar
"Qafqaz" Universiteti ilə bağlı rəsmi açıqlama
"Təfəkkür" Universiteti ətrafında müəmma: tələbələr hansı faktları açıqladılar?
Qafqaz Universiteti ləğv olundu
Universitetlərin vergi borcu silinib
Azərbaycanda universitet fəaliyyətini dayandırdı
Mosul universiteti İŞİD-dən alınıb
Azərbaycan və Fransa universitetləri əməkdaşlığa başladı
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

29
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

29
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya

Koronavirusu blok edən üç ərzaq

36
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

36
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

0
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0