Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası

"Qafqaz" Universiteti ilə bağlı rəsmi açıqlama

288
(Yenilənib 14:15 18.01.2017)
"Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları təmin olunacaq"

BAKI, 18 yan — Sputnik. "Qafqaz" Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunanları nəzərə alaraq, nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

"Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaq" — TN bildirir.

"Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq" — deyən nazirlik tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlamalarını xahiş edir.

288
Teqlər:
"Qafqaz" Universiteti, tədris, nazirlik, imtahan, məktəb, Təhsil Nazirliyi, tələbə, qərar
Əlaqədar
"Təfəkkür" Universiteti ətrafında müəmma: tələbələr hansı faktları açıqladılar?
Universitetlərin vergi borcu silinib
Azərbaycanda universitet fəaliyyətini dayandırdı
Azərbaycan və Fransa universitetləri əməkdaşlığa başladı
Adı rüşvətxorluqda ən çox hallanan universitetlərimiz
Universitetlər arasında ana dili müsabiqəsi keçirilib
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur