Məktəblilər

Təhsil nazirindən gözlənilməz qərar - valideynlər təlaşda

18785
Məktəblilərə xəbərdarlıq edib ki, təhsillərini ali məktəbdə davam etdirmək üçün bir neçə gün ərzində ixtisas qrupunu seçsinlər

BAKI, 12 yan — Sputnik. Müasir dövrümüzün ən aktual problemlərindən biri təhsildir. Bağçadan başlayaraq, universitetlərə kimi təhsil problemlərinin mövcudluğu bu mövzuda redaksiyamıza gələn şikayət məktublarının sayından bəllidir.

Sputnik-in redaksiyasına ünvanlanan daha bir məktubda da təhsil problemindən narazılıq ifadə olunur: "Salam. Mən — Rövşən Nəcəfov oğlumun təhsili ilə bağlı çox narahatam. Dünən sinif rəhbəri 9-cu sinifdə təhsil alan oğlum Səməd Nəcəfova və onun digər sinif yoldaşlarına xəbərdarlıq edib ki, təhsillərini ali məktəbdə davam etdirmək üçün bir neçə gün ərzində ixtisas qrupunu müəyyənləşdirərək seçsinlər və ərizə ilə direktora müraciət etsinlər. Onun sözünə görə, şagirdlər seçimlərinə uyğun olaraq qruplaşdırılacaqlar və təmayüllü siniflər yaradılacaq".

Sinif rəhbəri qeyd edib ki, şagirdlərə, yalnız təmayülünə uyğun dərslər tədris olunacaq, digər fənlərin tədrisi dayandırılacaq. Bununla yanaşı, xəbərdarlıq olunub ki, əgər təmayül sinifi üçün yetərli sayda şagird yığılmazsa, o zaman şagirdləri digər təmayül sinifi olan məktəbə keçirə bilərlər. Bunu da 3-4 şagirdə görə məktəbdə təmayül sinifinin açılmasının qeyri-mümkün olması ilə əlaqələndirirlər.

"Çox narahatam. Təmayül sinifi üçün lazım olan şagird sayı olmazsa, övladımı hansı məktəbə göndərəcəklər? Ümumiyyətlə, digər fənlərinin tədrisi yarımçıq qalacaqsa, ona necə tam orta təhsil şəhadətnaməsi verəcəklər? Xahiş edirəm bu suallara cavab tapmağıma kömək edəsiniz"- şikayətçi yazır.

Məsələ ilə bağlı Sputnik-in sorğusunu cavablandıran Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, bu ildən orta məktəblərdə təmayül siniflərinin yaradılması xəbəri həqiqətə uyğundur: "Şagirdlərin seçdiyi ixtisas qrupu üzrə təmayül fənləri təyin olunur. Amma digər fənnlərin tədris edilməyəcəyi ilə bağlı məlumatlar yanlışdır. Şagirdlərə digər fənnlər də tədris olunacaq. Sadəcə olaraq, əvvəllər daha çox fənn tədris olunurdusa, artıq qərar verilib ki, şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılsın. Amma bütövlükdə bütün fənlərin keçirilməməsi məsələsi doğru deyil".

Cəsarət Valehov
© Wikipedia / Emin Nasirov
Cəsarət Valehov

Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, təmayülləşmiş məktəblərin yaradılmasına hələ iki il öncə başlanılıb və təhsil nazirinin göstərişi ilə Bakı və Sumqayıt şəhərlərində bir neçə belə məktəb təyin edilib. "Bu ildən isə belə məktəblər daha da artıb və artıq 2016-2017 tədris ilindən ölkənin 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunur. Belə məktəblərdə tədris şagirdlərin meyl və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq həmin fənnlər daha da dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur. Bu nəinki Azərbaycanda, dünya təcrübəsində tətbiq edilən təhsil sistemidir".

Nazirliyin sözçüsü təsdiq edib ki, təmayül siniflərinin təşkili üçün müəyyən say lazımdır: "Vəziyyətdən asılıdır. Məsələn, hansısa qrup üzrə seçim edən seçim edən şagirdlərin sayı 3-4 nəfər olarsa, bu zaman onlar təmayülləşmiş başqa məktəbdəki siniflərə köçürülə bilərlər. Axı 3-4 şagird üçün sinif açmaq mümkün deyil".

Sözügedən yeniliyi Sputnik-ə şərh edən təhsil üzrə ekspert Nadir İsrafilov, bu məsələdə müəyyən problemlər meydana çıxdığını deyib: "İstər təhsil, istər "Azərbaycan 2020: gələcəyə baxış" dövlət strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulur. Burada ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil tətbiq olunacaq. Hal — hazırda bir neçə məktəbdə pilot layihə kimi həyata keçirilir və bunun da bəzi çatışmazlıqları var. Çünki, biz bu sahədə də tələsirik".

Nadir İsrafilov, təhsil üzrə ekspert
© Photo : AzToday
Nadir İsrafilov, təhsil üzrə ekspert

N. İsrafilov tətbiq edilən yenilikdən də narazıdır. O bildirir ki, hazırda bəzi şagirdlər 9-cu siniflə bağlı qaydaların dəyişdirilməsindən istifadə edərək məktəbə getmirlər və təmayüldə oxumaq əvəzinə özləri hazırlaşırlar.

Ekspertin sözlərinə görə, məktəblərdə, yalnız təmayül fənnləri keçmək olmaz: ""Təhsil haqqında" qanunda yazılır ki, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamalıdır. Artıq ayrı-ayrı fənnlər təhsil sistemindən çıxarılırsa, orta məktəbi bitirən şagird sistemləşdirilmiş biliklərdən məhrum olur və konkret bir sahə üzrə formalaşır. Bu da təhsil qanunvericiliyi ilə uzlaşmayan məsələdir. Düşünürəm ki, biz yenə tələsdik və indi yaranan problemlər bunun fəsadlarıdır".

18785
Teqlər:
fənn, ixtisas, Cəsarət Valehov, şagird, Nadir İsrafilov, təhsil, məktəb, Təhsil Nazirliyi, qrup, müraciət
Əlaqədar
Məktəbə "ayaq döymək" dövrü bitir
Azərbaycanda məktəbə getməyərək təhsil almaq mümkün olacaq
Daha bir ali məktəbdə rəhbərlik dəyişdi
İcbari məktəbəqədər təhsilə keçid ola bilər
Bakı məktəbində kütləvi dava olub: xəsarət alanlar var
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

15
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

15
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

277
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

277
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

0
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

0
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar