Əldən-ələ pul vermə

Adı rüşvətxorluqda ən çox hallanan universitetlərimiz

1614
(Yenilənib 16:52 05.01.2017)
2016-cı ilin dekabr ayında elektron mətbuatda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib

BAKI, 5 yan — Sputnik. Azərbaycanın bütün media orqanlarının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb. Mərkəz ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanalı və sosial şəbəkə daxildir. Sputnik MTM-yə istinadən universitetlərlə bağlı dekabr ayı üzrə olan məlumatları təqdim edir:

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında lider: Gəncə Dövlət Universiteti (28 xəbər — universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (80 xəbər — universitetin əməkdaşlarının təltif olunması), Bakı Dövlət Universiteti (27 xəbər — Abel Məhərrəmovun ilin rektoru seçilməsi).

Xəbər sayına görə sıralama:
1 Bakı Dövlət Universiteti 1145 xəbər
2 İqtisad Universiteti 648 xəbər
3 Neft və Sənaye Universiteti 513 xəbər
4 ADA Universiteti 452 xəbər
5 Texniki Universitet 428 xəbər
6 Dillər Universiteti 425 xəbər
7 Bakı Slavyan Universiteti 408 xəbər
8 Pedaqoji Universitet 326 xəbər
9 Tibb Universiteti 325 xəbər
10 Bakı Ali Neft Məktəbi 309 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Gəncə Dövlət Universitetinə (2 xəbər — rektor haqqında iddialar) aiddir. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (9 xəbər — universitetin əməkdaşlarının təltif olunması) və Bakı Dövlət Universiteti (5 xəbər — Abel Məhərrəmovun ilin rektoru seçilməsi) ilə bağlıdır.

Xəbər sayına görə sıralama:
1 Bakı Dövlət Universiteti 316 xəbər
2 İqtisad Universiteti 155 xəbər
3 Bakı Slavyan Universiteti 116 xəbər
4 Tibb Universiteti 88 xəbər
5 Texniki Universitet 87 xəbər
6 Pedaqoji Universitet 85 xəbər
7 Neft və Sənaye Universiteti 77 xəbər
8 Mədəniyyət və İncəsənət Universiteti 76 xəbər
9 Dövlət İdarəçilik Akademiyası 62 xəbər
10 Naxçıvan Dövlət Universiteti 60 xəbər

Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 253 xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1 Bakı Dövlət Universiteti 44 xəbər
2 ADA Universiteti 44 xəbər
3 İqtisad Universiteti 15 xəbər
4 Pedaqoji Universiteti 14 xəbər
5 Bakı Slavyan Universiteti 13 xəbər
6 Bədən Tərbiyəsi və İdman Akademiyası 12 xəbər
7 Aqrar Universiteti 11 xəbər
8 İdarəçilik Akademiyası 10 xəbər
9 Qafqaz Universiteti 10 xəbər
10 Bakı Musiqi Akademiyası 10 xəbər

1614
Teqlər:
mənfi, müsbət, MTM, Media Təqib Mərkəzi, media, universitet, rüşvət
Əlaqədar
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
Universitetin 87 əməkdaşı həbs olundu
Deputat: Tələbələrimiz öz universitetlərimizdə təhsil almalıdır
Tələbə universitetə qarşı 1 milyonluq iddia qaldırdı
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
Rusiya və Azərbaycan universitetləri ikili diplom proqramlarını inkişaf etdirir
Şıxzərli palçıq vulkanı

Alovsuz, amma güclü ecazkar: Şıxzərli vulkanının püskürmə anı - VİDEO - FOTO

139
(Yenilənib 01:39 15.01.2021)
Vulkan püskürməzdən əvvəl güclü uğultuyla "xəbərdarlıq" edib. Sonra yerin dərinliklərindən qalxan palçıq kütlələri 2.5 hektar sahəyə yayılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. 2021-ci il 09 yanvar tarixində saat 17:48-də Bakı şəhərindən 89 km qərb istiqamətində, Qobustan rayonunun Şıxzərli kəndinin 1-1,5 km şimal-qərbində yerləşən Şıxzərli palçıq vulkanının püskürməsi ilə əlaqədar Ekologiya Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əməkdaşları ərazidə monitorinqlər aparıblar.

Bu barədə Sputnik Azərbayan-a qoruğun direktoru Ceyhun Paşayev məlumat verib.

O bildirib ki, püskürmədən öncə 40-50 saniyə çox güclü uğultu səsi eşidilib, daha sonra iki fazadan ibarət olmaqla, 40-45 dəqiqə ərzində yerin dərinliyindən palçıq kütləsi yer səthinə püskürüb.

Püskürmə zamanı palçıq vulkanları üçün xarakterik hesab edilən alov sütunu adıçəkilən palçıq vulkanının budəfəki püskürməsində qeydə alınmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun əməkdaşları müvafiq ölçmə işləri həyata keçiriblər.

1 / 7
Şıxzərli palçıq vulkanı

"Müəyyən olunub ki, vulkan aktivliyi nəticəsində 2,5 hektar sahə sülb tullantıları ilə tamamilə örtülüb. Ümumi olaraq, 1700 m3 həcmində tullantı yer səthinə xaric olunub. Tektonik çatlar şimal və şimal-qərb istiqamətində daha sıx və dərindir. Çatların orta enliliyi 0,7 metr, bəzi yerlərdə uzunluğu 150 metrə çatır. Xaric olan püskürmə məhsullarının maksimal hündürlüyü 0,8 metr, ən minimal hündürlüyü isə 0,5 metrdir", - C.Paşayev bildiirb.

Direktorun sözlərinə görə, Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil.

Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.

139
Teqlər:
video, püskürmə, palçıq vulkanı, Qobustan
İşğaldan azad olunmuş Şuşa

Qəbul imtahanlarında yeni tip suallar olacaq

80
Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanlarında o tip suallar verməyə ixtiyarları var. Kömək üçünsə "Abituriyent-1" jurnalını oxumağı tövsiyə edib.

BAKI, 14 yanvar — Sputnik. Qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

O qeyd edib ki, Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq: "Suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

80
Teqlər:
müharibə, Vətən, sual, qəbul imtahanı, imtahan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0