UNEC-də qış imtahan sessiyası

Valideynlər övladlarının imtahanında iştirak edə biləcəklər

80
(Yenilənib 17:46 29.12.2016)
Sessiya dövründə hər həftənin şənbə günü saat 10:00-12:00-da UNEC rektorunun "Açıq qapı" günü keçiriləcək

BAKI, 29 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/17-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gündən start verilən yeni sessiya dövründə də tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Bununla bağlı UNEC-də bir sıra yeniliklər tətbiq edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
© Sputnik / Murad Orujov

Bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. Sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.

Qış imtahan sessiyasının bir yeniliyi də ondan ibarətdir ki, bu il universitetin "Qaynar xətt" (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə ediləcək. Xidmətə daxil olan müraciət və şikayətlər, eyni zamanda onların araşdırılmasına da yalnız onlar nəzarət edəcək.

Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zallar axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.

Sessiya dövründə hər həftənin şənbə günü saat 10:00-12:00-da UNEC rektorunun "Açıq qapı" günü keçiriləcək. UNEC-in rektoru, professor Ədalət Muradov KİV və QHT nümayəndələrini "Açıq qapı" günlərində, həm də imtahan sessiyasında yaxından iştirak etməyə dəvət edib: "Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir".

Qeyd edilənlər rektorun qış imtahan sessiyasının başlaması münasibəti ilə tələbə və valideynlərə müraciətində də öz əksini tapıb. Müraciətdə bildirilib ki, imtahan sessiyası ictimaiyyətə açıq keçirilir və istənilən valideyn övladının imtahanını izləyə bilər. Jurnalistlər isə "nəzarətçi" qismində imtahanlara cəlb ediləcəklər.

Qeyd edək ki, Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada keçiriləcək. Xatırladaq ki, UNEC-də qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd həm də UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

80
Teqlər:
qiymətləndirilmə, qış, sessiya, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, imtahan, rektor, tələbə
Əlaqədar
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC-də dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi nümayiş olunub
UNEC-də “600+” tələbə klubu yaradılıb
UNEC-lə ACCA arasında müqavilə imzalanıb
UNEC-də yeni standartların tətbiqinə başlayıb
Nobel mükafatçısı UNEC-də olub
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

19
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

19
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9
ABŞ dollarları, arxiv şəkli

Cinsi istismar qurbanlara dəstək üçün yığılan pulları rəhbərin maaşına xərclədilər

0
(Yenilənib 17:06 29.11.2020)
Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir

BAKI, 29 noyabr - Sputnik. Yaradılmasında Riz Uizerspun, Emi Şumer, Bri Larson kimi Hollivud ulduzlarının iştirak etdiyi cinsi istismara qarşı populyar hərəkat Time's Up ianələrin böyük qismini zorakılıq qurbanlarına deyil, öz rəhbərliyinin maaşına xərcləyirmiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post qəzeti vergi sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaradıldığı 2018-ci il ərzində təşkilat 3,67 milyon dollar toplaya bilib. Bunlardan 1,4 milyon dolları əməkhaqlarına, ancaq 312 min dollar cinsi istismara məruz qalmışlara hüquqi yardım fonduna sərf olunub. Bundan əlavə, 157 min dollardan çox konfranslara, 288 min dollar - reklama, 940 min dollar - "hüquqi xərclərə", 58 min dollar - səyahətə və 112 min dollar PR-kampaniyasına sərf edilib.

Charity Navigator kimi xeyriyyə fondlarına nəzarət edən qruplar QHT-lərə gəlirlərinin 75%-ni öz missiyalarını yerinə yetirməyə, 25%-ni isə müxtəlif inzibati məqsədlərə xərcləməyi tövsiyə edir. Qəzetin məlumatına görə, Time's Up gəlirlərinin 38%-ni əməkhaqlarına sərf edib.

Time's Up hərəkatı 2018-ci ildə, tanınmış aktyor, siyasətçi, jurnalist və digər məşhur şəxslərə, o cümlədən prodüser Harvi Vaynşteyn və aktyor Kevin Speysiyə qarşı açılmış seksual istismar ittihamlarından sonra yaradılıb. Hərəkatın qayəsi cinsi istismar qurbanlarına dəstəklə məşğul olmaqdır.

 

0
Teqlər:
ABŞ, Hollivud, maaş, fond, pul, qurbanlar, cinsi istismar