Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib

Universitetlər arasında ana dili müsabiqəsi keçirilib

31
(Yenilənib 15:08 26.12.2016)
UNEC-də keçirilən müsabiqənin qalibləri diplom və mükafatla təltif ediliblər

BAKI, 26 dek — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən müsabiqə "İqtisadçı Tələbələrə Dəstək" İctimai Birliyi və "UNEC Yaradıcılıq Mərkəzi"nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirin məqsədi, milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir. Münsiflər heyəti — xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Zaur Əmiraslanov, filolologiya elmləri doktoru, professor Zahid Xəlil, yazıçı-ssenarist Vüsal Nuru və "Azəri Star" layihəsinin laureatı Aygül Məmmədova UNEC-də reallaşdırılan layihənin müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

  • Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib
    Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib
    Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib
    Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib
    Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
  • Azərbaycan Dövlət İqtisad Universitetində I Universitetlərarası Ana dili müsabiqəsi keçirilib
    Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib
    © Photo : UNEC-in mətbuat xidməti
1 / 5
© Photo : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetində "I Universitetlərarası Ana dili" müsabiqəsi keçirilib

17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Gərgin keçən şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerin qalibi olub. II yerə UNEC tələbəsi İqbal Bayramov, III yerə isə Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev layiq görülüb.

Ən yaxşı mahnı ifaçısı isə UNEC tələbəsi, gənc vokalçı Aslan Əzimzadə seçilib. II yerə ADMİU tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüb. Qeyd edək ki, qaliblər diplom və mükafatla təltif ediliblər.

31
Teqlər:
ana dili, müsabiqə, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, tələbə
Əlaqədar
Universitetə qəbul planı və test üsulunun ləğv edilməsi təklif olunur
Deputat: Tələbələrimiz öz universitetlərimizdə təhsil almalıdır
Tələbə universitetə qarşı 1 milyonluq iddia qaldırdı
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
UNEC ilə ABŞ-ın nüfuzlu universiteti arasında razılıq əldə edilib
Rusiya və Azərbaycan universitetləri ikili diplom proqramlarını inkişaf etdirir
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

15
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

15
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

25
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

25
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Kəlbəcərdə Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə baş verənlərlə bağlı məlumat yaydı

0
(Yenilənib 12:48 27.11.2020)
Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır.

BAKI, 27 noyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə, Zod yatağında azərbaycanlı hərbçilərin iştirakı ilə baş verən insidenti şərh edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş növbəsinin həyata keçirilməsi üçün noyabrın 27-si Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışqılar baş tutub və danışıqlar zamanı müvəqqəti döyüş mövqelərinin faktiki yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib.

O izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
sərhəd, Ermənistan XİN, Kəlbəcər