Tələbə

Təhsil sistemimizi kökündən dəyişəcək qərar

1312
(Yenilənib 17:51 22.12.2016)
Ekspertlər, universitetlərin nəzdində 2 illik peşə məktəblərinin yaradılmasını müsbət addım hesab edirlər

BAKI, 22 dek — Sputnik. Azərbaycanda universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulub. Bu, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji "Yol Xəritəsi"ndə öz əksini tapıb. Qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatə olunma səviyyəsini artıra bilər.

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

Yeniliyi Sputnik-ə şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir ki, Azərbaycanda peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək: "Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesinə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcək. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə inqilabi dəyişikliyin başlanğıcı oldu."

"Bu istiqamətdə atılan ilk uğurlu addım o oldu ki, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə, 2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu "ASAN peşə" layihəsi çərçivəsində həyata keçirildi. Bu layihə çərçivəsində dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 4287 gənc qəbul oldu", — mütəxəssis. əlavə edib.

Onun sözlərinə görə, bu, peşə təhsilinin tarixində ən şəffaf qəbul kimi tarixə keçdi: "Peşə məktəblərinə bu şəffaf və çoxsaylı qəbul, ilk dəfə 2016-2017-ci tədris ilində həyata keçirildi ki, bu da əvvəlki illərlə müqayisədə ciddi rəqəm hesab olunur. Bundan əlavə, ötən tədris ilində, cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, 2016-2017-ci tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi bu sahədə təhsil alanların maraqlarının artmasına səbəb olub".

K. Əsədova görə, hazırda texnologiyanın inkişafı elə səviyyədədir ki, peşəni daha çox kitabdan oxumaqla deyil, gözlə görməklə — praktika sayəsində öyrənirlər: "Yeni texnologiyaları özündə əks etdirən dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər aparılmalıdır. İnkişaf etmiş ölkələrdə peşə sistemində daha çox bu cür tədris texnologiyalarından istifadə olunur. Bu gün peşə məktəblərinin həm avadanlıqları, həm də dərs vəsaitləri kifayət qədər köhnəlib. Məktəblərdə 1980-ci illərin materialları əsasında dərslər keçirilir".

Nadir İsrafilov, təhsil üzrə ekspert
© Photo : AzToday
Nadir İsrafilov, təhsil üzrə ekspert

"Hələ də peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verənlərin sayından dəfələrlə azdır. Gənclərimiz unudurlar ki, peşə seçimi insan həyatının mühüm qərarlarından biridir və bu qərarın verilməsində gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır", — ekspert vurğulayıb.

Əsədov qeyd edib ki, ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaqdır: "Hesab edirəm ki, bu təcrübəni də ölkəmizdə tətbiq edə bilərik. Bu sahənin populyarlaşmasında işə götürüənlərin rolu daha da böyükdür. Məsələn, Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, "işçilərin 7-15%-ə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır, şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən". Yaxşı olardı ki, növbəti illərdə ali məktəblərə plan yerləri azaldılsın və gənclər bundan sonra peşə məktəblərinə yönəlsinlər".

Digər təhsil eksperti Nadir İsrafilov da peşə məktəblərinə marağın artırılmasını vacib hesab edir. "Bu gün elə dünya ölkələri var ki, orada kolleclər universitetlərin nəzdindədir. 90-cı illərdə bizim təhsil sistemimizdə boşluqlar əmələ gəldi. Bundan istifadə edərək özəl kolleclər, texniki peşə məktəbləri yarandı və bunlar zamanla rəqabətə tab gətirə bilməyib bağlandı. Bu baxımdan, kolleclərin universitetlərin nəzdində yaradılması müsbət haldır", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Hazırda dünyada universitet anlayışına kompleks baxış mövcuddur. Yəni kollec, bakalavr, magistr və elmi dərəcə — hamısı bir universitetdə var. Bizdə də artıq İqitsad Universitetində belə elmi-tədqiqat institutunun yaradılması üçün addımlar atılır. Bu da beynəlxalq təhsilə yaxınlaşmağımız deməkdir", — İsrafilov vurğulayıb.

1312
Teqlər:
Kamran Əsədov, peşə, Nadir İsrafilov, ali məktəb, təhsil, universitet, magistr, bakalavr, Kollec
Əlaqədar
Təhsil naziri bu rayona "gizli" səfər edib
İcbari məktəbəqədər təhsilə keçid ola bilər
Deputat: Tələbələrimiz öz universitetlərimizdə təhsil almalıdır
İlham Əliyev Rusiyanın təhsil nazirini qəbul edib
Respondentlərin 96 faizi ölkənin təhsil sistemindən narazıdır
Mövcud təhsil sistemi şagirdlərin bütün enerjisini "sümürür"
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

80
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

80
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın