İmtahan

Sınaq imtahanlarının qiymətinin qaldırılması absurddur!

1640
Ekspert: "TQDK 1 abituriyent üçün 60 qəpik vəsait xərcləyir ki, bu da, zatən abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 manatın içərisindədir"

BAKI, 17 dek — Sputnik. Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarının qiymətini artıraraq 7 manat edib. Məsələni Sputnik-ə şərh edən, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edərək, yerində Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs yaradılıb: "Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. Lakin, 2017-ci ilin yanvarın 1-dən dövlət TQDK-nın (DİM) işçilərinə maaş verməyəcək. Onlara sadəcə 1 milyon pul ödəniləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq".

"Apardığım araşdırma nəticəsində məlum oldu ki, fəaliyyəti dövründə dövlət icra orqanı olaraq, əvvəllər dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayrılırdı. Bunun, təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Amma yeni yaradılan Dövlət İmtahan Mərkəzi isə dövlət tərəfindən maliyyələşdirilməyəcək. Ona görə də bu qurum tərəfindən keçiriləcək imtahanların qiymətində ciddi artımın olması qaçılmazdır", — ekspert bildirib.

K. Əsədovun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilən yeni əsasnaməyə görə, dövlət tərəfindən TQDK-ya sifariş verilən IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq: "İlkin olaraq DİM IX siniflər üçün online sınaq imtahanlarının qiymətində ciddi artım etdi. Belə ki, imtahan.az saytından qeydiyyatdan keçib öz biliyini və hazırlıq səviyyəsini yoxlamaq istəyən məktəbli, indi 7 manatından keçməli olacaq. Qeyd edim ki, keçən il sınaq imtahanına yazılış 3 manat (ƏDV daxil 3.54 AZN) idi".

"Amma bu, o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imtahanlar pulsuz idi. Hər il TQDK tərəfindən keçirilən 1 sınaq imtahanında iştirak etmək üçün, iştirakçı 3 manat (ƏDV daxil 3.56 AZN), qəbul imtahanında iştirak etmək üçün 2 manat (ƏDV daxil 2.36 AZN) ödəməli olurdu. İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə, iştirakçı 0.26 AZN-indən keçməli idi. Bu, o deməkdir ki, qeyd olunan məbləğlər DİM tərəfindən ciddi şəkildə artırılacaq", — mütəxəssis vurğulayıb.

Həmsöhbətimizin dediyinə görə, 2016-cı ildə sınaq imtahanı iştirakçılarının, imtahan nəticələri haqqında internet və ya qısa mesajdan (SMS) istifadə sayı 1757979 min təşkil edib və bu xidmətdən istifadə haqqı 0.26 manatdır. Bundan əlavə, 2016-cı ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə sənəd vermək istəyən abituriyentlər üçün elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulundan istifadə sayı 96249 olub ki, bu xidmətdən istifadə haqqı da 2.54 AZN-dir. Habelə, statistikaya nəzər salsaq, görərik ki, 2016-cı ildə namizədlərin (abituriyentlərin, bakalavrların və s.) ərizələrinin onlayn qəbulu üzrə istifadə sayı 286782 dəfə olub ki, bunun da xidmət haqqı 2.54 AZN təşkil edir. Bakalavr səviyyəsinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanından istifadə sayı 2016-cı ildə 195879 olub ki, bu xidmətdən istifadə haqqı 3.56 AZN-dir. 2016-cı ildə TQDK-nın göstərdiyi bunlardan əlavə də xidmətlər olub ki, bu fəaliyyətdən əldə edilən gəliri hesablasaq, görərik ki, DİM-in imtahanların qiymətlərini artırmasına heç bir ehtiyac yoxdur".

Kamran Əsədov, təhsil üzrə ekspert
© Photo : APA
Kamran Əsədov, təhsil üzrə ekspert

K. Əsədov bildirib ki, Azərbaycanda, hazırda dünyada qəbul olunmuş İELTS, TOEFL, YÖS, SAT imtahanları da keçirilir və onlar ödənişlidir: "Bu imtahanlarda iştirak üçün ödənilən məbləğ TQDK-nın imtahan qiymətləri ilə müqayisədə çox yüksəkdir. Lakin burada bir məsələ var ki, qeyd etdiyim imtahanların nəticələri beynəlxalq aləmdə ciddi şəkildə qəbul edilir və tanınır. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab və kitabçalardan da kifayət qədər böyük məbləğ əldə edir. Bu səbəbdən də xidmət tariflərinin qaldırılması günün tələbi deyil".

"Nə qədər ki, TQDK-nın imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilmir, xidmət haqqı artırıla bilməz. Yəni imtahanda abituriyentə təqdim olunan 20 səhifəlik sual kitabçası və 1 vərəqəlik cavab kartının hazır vəziyyətə gətirilməsi üçün 60-80 qəpik vəsait sərf olunur ki, bu da abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 manatın içərisindədir".

1640
Teqlər:
abituriyent, qəbul, DİM, Dövlət İmtahan Mərkəzi, Kamran Əsədov, ekspert, imtahan, sınaq, TQDK, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Əlaqədar
Qəbul imtahanlarının ödənişli olması barədə qərar veriləcək
Azərbaycanda aşağı siniflərdə də imtahanlar keçirilə bilər
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək
Qəbul imtahanlarının nəticələrinə görə müsbət dinamika müşahidə olunur
Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə
II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan edilib
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

33
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

33
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

12
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

12
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Müslüm Maqomayev

Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi

0
(Yenilənib 18:45 29.10.2020)
Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.

0