UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsirlərini təhlil edib

İsveçrədə azərbaycanlı prorektorun məqaləsi dərc olundu

22
Şahin Bayramov: "SABAH Azərbaycan ali təhsilinin "milli brendi"nə çevrilib"

BAKI, 21 noy — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Şahin Bayramovun, İsveçrədə dərc olunan "Diva International" jurnalının rəsmi saytında, "Azərbaycan ali təhsilində elit qruplar" adlı məqaləsi dərc olunub. UNEC-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, prorektorun məqaləsi Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olan SABAH qrupları layihəsinin təhlilinə həsr olunub.

Ş. Bayramov məqalədə SABAH layihəsini UNEC-in timsalında araşdırıb. Müəllif SABAH qruplarının UNEC-in ümumi fəaliyyətinə müsbət təsirlərini ali təhsil müəssisələrinin idarə edilməsi nəzəriyyələri arasında mühüm yer tutan Metyu Effekti (Matthew Effect) konsepsiyasını tətbiq etməklə nəzərdən keçirib.

O, SABAH tələbələrinin üçdə birinə ev sahibliyi edən və sırf iqtisad və biznes yönümlü universitet olan UNEC-in ilk iki il ərzində layihədən əhəmiyyətli faydalar əldə etdiyini vurğulayıb. Elit qrupların idarəedilməsi məsələsinə toxunan müəllif, SABAH-ın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən koordinasiya olunan vahid idarəetmə modelinə malik olduğunu bildirir.

Müəllif qeyd edir ki, Təhsil Nazirliyi ev sahibliyi edən universitetlərə birbaşa akademik, texniki və maliyyə dəstəyi göstərir. Bu baxımdan, layihə ilk olaraq, ali təhsil müəssisələrində (ATM) akademik idarəçilik və tədris proqramlarının inkişafı ilə bağlı bürokratiyanı əhəmiyyətli azaldıb. Digər tərəfdən, SABAH qrupları xətti ilə universitetlər əlavə maliyyə dəstəyi əldə etmiş olurlar.

UNEC-də SABAH tələbələrinin sayını diqqətə çatdıran müəllif yazır: "UNEC-in SABAH qruplarına qəbul ilk iki il buraya böyük marağın olduğunu gostərdi. Nəticədə, başqa universitetlərdə təhsil alan 100-dən çox tələbə UNEC tələbəsi oldu. Həm dövlət, həm də özəl ATM-dən istedadlı və perspektivli tələbələrin cəlb olunması üçün effektiv metod olmaqla yanaşı, SABAH Azərbaycan ali təhsilinin "milli brendi"nə çevrilib. Bu qruplara ən istedadlı tələbələrin cəlb olunması "bumeranq" mexanizmi kimi çalışır. Belə ki, SABAH-la bağlı seçim imkanları və tələblərin artırılması nəticədə tədris prosesinin və tələbələrin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır".

Məqalədə UNEC-in SABAH qruplarında tədris prosesinin Harvard, Oksford, LSE və UPenn kimi qabaqcıl universitetlərin təcrübəsinə və tədris proqramına əsaslanması qeyd olunur. Demək olar ki, butun dərslər ingilis dilində tədris olunur. Tədris və idarə heyəti mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən koordinasiya olunur. Tədris heyəti əsasən, UNEC-in və başqa universitetlərin qərb təhsilli (ABŞ, Birləşmiş Krallıq, Kanada və s.) gənc müəllimlərindən ibarətdir. Eyni zamanda, bir sıra iqtisadçı ekspertlər və praktiki mütəxəssislər tədrisə cəlb olunublar.

SABAH-ın mahiyyəti və missiyasına uyğun olaraq, yuksək akademik və ixtisaslaşma tələbləri baxımından UNEC SABAH qruplarında dərs demək asan deyildir. SABAH dərslərini aparmaq müvafiq ixtisas üzrə mükəmməl bilik və vərdişlərə malik olmaq, akademik mühitdə yüksək nüfuza malik olmaq deməkdir. Bu baxımdan, UNEC qabaqcıl xarici universitetlərdən tanınmış professorların da cəlbinə mühüm diqqət yetirir. Layihənin ilk iki ili ərzində 10-dan artıq xarici professor SABAH qruplarında dərs deyib. UNEC SABAH qruplarına dəvət olunan professorların digər fakültələrdə oxuyan tələbələr üçün də mühazirələr oxumasını təşkil edir.

22
Teqlər:
məqalə, "Diva International", Şahin Bayramov, prorektor, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, İsveçrə
Əlaqədar
UNEC-də “600+” tələbə klubu yaradılıb
UNEC-lə ACCA arasında müqavilə imzalanıb
UNEC-də yeni standartların tətbiqinə başlayıb
Nobel mükafatçısı UNEC-də olub
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında razılaşması əldə edilib
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

22
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

22
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov

Zaman dəyişdi, indi hamı ali təhsil deyil, peşə təhsili dalınca qaçacaq - Ceyhun Kərəmov

107
(Yenilənib 15:29 26.11.2020)
Ceyhun Kərəmov: "Biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın".

BAKI, 25 noyabr - Sputnik. Azərbaycanda peşə təhsilinin səviyyəsi, peşə məktəblərinin maddi-texniki bazası, eləcə də əmək bazarında tələb olunan peşələr üzrə kadr hazırlığı cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir. Bəs görəsən Azərbaycanda son illər peşə təhsilinin inkişafı istiqamətində aparılan islahatlar bu sahədə nəyi dəyişib?

Bu mövzuda suallarımızı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov cavablandırıb.

- Ceyhun müəllim, gəlin öncə Azərbaycanda peşə təhsili müəssisələri barədə oxucularımıza məlumat çatdıraq. Ölkəmizdə peşə məktəblərinin sayı, maddi-texniki bazası ilə bağlı vəziyyət nə yerdədir?

- Agentliyin tabeliyində 78 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 6-ı fəaliyyətini dayandırıb. Onlar işğal altında olan bölgələrimizdəki peşə təhsili müəssisələridir.Tezliklə bu müəssisələrin fəaliyyətini bərpa edəcəyik.

- Peşə təhsilinin bu gün insanların həyatındakı rolu nə dərəcədə effektlidir?

- Peşə təhsilinin insanların yeni həyata hazırlanmasında rolu çox böyükdür. Hazırda peşə təhsili əhatəlilik baxımından daha da genişlənməlidir. Orta məktəbi bitirən gənclərdə maraq əsasən ali təhsilədir. İqtisadiyyatımız inkişaf etdikcə, yeni sahələr yarandıqca peşə təhsilinə tələbat və maraq da artır. Peşə təhsilinin əmək bazarının tələblərinə daha çevik cavab vermə imkanı var. Bir, iki və üç illik peşə təhsili formaları var. Bu gün istənilən sahədə peşə ehtiyacları məlum olduqda proqramlar hazırlayıb bazara lazımlı kadrları yetişdirmək mümkündür. Bunun üçün bizim bazarda fəaliyyət göstərən şirkətlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əlaqə quraraq öz tələb və ehtiyaclarını bildirə bilərlər. Biz onlarla birlikdə yeni proqramlar hazırlamağa hazırıq. Agentlik  bu ildən başlayaraq yüksək texniki peşə ixtisaları üzrə proqramların icrasına başlayıb.

- Azərbaycanda nə qədər peşə təhsili müəsssisəsi yenidən qurulub, nə qədərinin bərpasına ehtiyac var?

- Bizim qurumun balansında olan peşə tədris müəssisələrinin vəziyyəti eyni deyi. Onlar fərqli infrastruktura, fərqli maddi-texniki bazaya  malikdirlər. Ötən il biz Bakı şəhərində Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin açılışını etdik. Bu Mərkəz Azərbaycanla Koreya hökumətlərarası razılaşmaya əsasən yaradılıb. Məktəbin kurikulumu Koreya ekspertlərinin iştirakı ilə hazırlanıb və Azərbaycan bazarının tələblərinə uyğunlaşdırılıb. 2016-cı ildə ölkəmizdə Azərbaycanda peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsi qəbul edilib. Orada əsas priotetlərdən biri də peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, ölkədə peşə infrastrukturunun yenidən qurulmasıdır.

Hal-hazırda üç peşə məktəbində təmir-tikinti işləri gedir. Cəlilabad, Bərdə və Bakıda peşə məktəblərində yeni infrastruktur qurulur. Növbəti illər üzrə isə üç peşə məktəbi ilə bağlı layihələndirmə işləri aparılır. Bunlar Mingəçevir, Sumqayıt və Lənkəranda peşə məktəbləridir. Bu işlər planlı şəkildə aparılır. Burada söhbət təkcə infrastrukturun qurulmasından yox, yeni ixtisasların və müəllim-pedaqoji heyətin hazırlanmasından da gedir. Bu istiqamətdə də aparılır.

- Bəs bölgələrimizdə peşə təhsili nə səviyyədədir? Bu gün ölkəmizin istənilən bölgəsində peşə təhsilinə əlçatanlıq varmı?

- Coğrafi cəhətdən yanaşsaq, peşə təhsili almaq istəyən vətəndaşın yaşadığı bölgə üzrə peşə təhsili almaq imkanı var.

- Peşə məktəblərinə marağı coğrafi baxımdan bölsək bölgələrdə maraq necədir?

- Bu il peşə məktəblərinə qəbul olunanların 40 faizi Bakı və Bakıətrafı, 60 faizi rayonların payına düşür. Bu, peşə məktəblərinin təklif etdiyi proqramlardan asılıdır. Əsas priotetlərimizdən biri odur ki, ölkəmizin iqtisadi inkişafına uyğun olaraq peşə təhsili qurulsun. Bəzi ənənəvi ixtisaslar var ki, onlara ehtiyac yoxdur. Biz həmin peşələri çıxarıb yeni, əmək bazarında tələb olan ixtisasları salırıq. Agentlik regional səviyyədə hər bir rayonda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq qurur.

- Bu gün bazarda hansı peşələrə maraq daha çoxdur? Belə bir araşdırma aparılıbmı?

- Əmək bazarının tələbləri çox dinamikdir. Tez-tez dəyişir. Sabah, yaxud da on ildən sonra hansı ixtisasların lazım olacağı ilə bağlı proqnoz vermək çox çətindir. Amma bu gün İKT üzrə peşə hazırlığına maraq böyükdür. Eləcə də ənənəvi iqtisadi fəaliyyət növlərinə, nəqliyyat vasitələrinin texniki istismarı, mexanika sahəsində kadr hazırlığına tələbat var.

- Peşə məktəblərində maddi-texniki baza ilə yanaşı, pedaqoji heyətin bilik və bacarığı da kadr hazırlığında vacibdir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? Yəni, Bakıdakı peşə məktəbində çalışan müəllimlə, hansısa rayonda peşə məktəbi müəlliminin bilik və bacarığı arasında fərq varmı?

- İxtisaslı pedaqoq deyərkən həm texniki bilikləri, həm də sənayedə təcrübəsi olan müəllimlər nəzərdə tutulur. Etiraf edək ki, bu gün bütün peşə sistemində olan  müəllimlərin səviyyəsi bərabər deyil. Müəyyən ərazilərdə müəllimlərin bilik-bacarığı daha qənaətbəxşdir. Bakıda bu mənada vəziyyət daha ürəkaçandır. Ölkə üzrə yanaşdıqda, bu istiqamətdə işlərin görülməsinə ehtyac var. Biz çalışmalıyıq ki, müəllimlərin texniki bilikləri ilə yanaşı onların əmək təcrübələri də olsun. Bunun üçün bizim üzərində işlədiyimiz istiqamətlərdən biri sənayedə çalışan peşəkar şəxslərin tədris və təlimə inteqrasiyasıdır.

- Peşə təhsili sahəsində hansı islahatlara ehtiyac var?

- Bir çox yeni istiqamətlər üzrə işlər aparılır. İlk növbədə biz yeni proqramlar təqdim edirik. Yüksək texniki peşə ixtisası alan vətəndaşlar üç illik təhsildən sonra ali təhsilə qəbul olmaq imkanı əldə edirlər. Növbəti ildə daha 6 ixtisas üzrə yüksək texniki peşə istiqamətli proqramlar hazırlayırıq. Burada fərq ondan ibarətdir ki, yüksək peşə dərəcəsi üzrə təhsil alan şəxs fundamental biliklər əldə etdiyindən həm işə başlaya bilər, həmçinin də istəyinə görə ali təhsil ala bilər.

- Azərbaycan peşə təhsilinin inkişafı ilə bağlı hansı ölkənin təcrübəsindən yararlanır?

- Düşünürəm ki, hər hansı ölkənin təcrübəsini olduğu kimi tətbiq etmək uğur gətirməz. Xarici ölkələrin təcrübəsindən yararlandıqda onu mütləq iqtisadiyyatımıza, əmək bazarımıza uyğunlaşdırırıq.  Bir sıra Avropa ölkələrinin təcrübəsini öyrənmişik. Hətta keçmiş sovet ölkələrinin təcrübəsinə də baxmışıq. Bu gün yüksək texniki peşə dünyanın əksər inkişaf etmiş ölkələrində tətbiq edilir. Bu, bizim üçün yenilikdir. Sırf beynəlxalq təcrübədə bu araşdırılır. Bizim Koreya ilə əməkdaşlığımız sayəsində sırf sənaye və innovasiyalar üzrə peşə məktəbi yaratdıq. Koreya dünyanın ən qabaqcıl sənaye ölkələrindən biridir. Bu proqramı bitirən tələbələr əmək bazarına daha çevik inteqrasiya oluna, işlə təmin oluna bilirlər. Artıq biz bunun nəticəsini görürük.

- Peşə təhsili müəssisələrinə qəbul hansı qaydada aparılır?

- Artıq peşə təhsili məktəblərinə qəbul elektron formada aparılır. Bu il peşə təhsili sahəsində də müəllimlərin işə qəbulunu onlayn keçirdik. COVID-19 pandemiyası ilə bağlı peşə təhsilini onlayn və teledərslərlə həyata keçiririk.

- Ümumiyyətlə ölkəmizdə son dövrlər peşə təhsilinə maraq nə səviyyədədir? Bu il peşə məktəblərinə qəbul rəqəmlərində müsbətə doğru dəyişiklik varmı?

- Ötən illə müqayisədə bu il müraciətlərin sayı 30 faizi artıb. 20 minə yaxın müraciət olub ki, onlardan 15 min nəfəri tələbə adını qazanıb.

- Peşə təhsili ilə bağlı qarşıda hansı planlar var?

- Biz qısa müddətli kurslar, təlimlər təşkil etmək niyyətindəyik. Bir çox xidmət sahələrinə kadrların hazırlanması üçün təlimlərə başlayacağıq. Bu, iş axtaran şəxslərin təlim keçərək işə qəbuluna imkan yaradacaq.

- Peşə təhsili ilə bağlı bu qədər islahatlar aparılmasına baxmayaraq, hələ də peşə məktəbləri cəmiyyətimizdə populyarlıq qazana bilməyib. Bu gün sorğu keçirsək, görərik ki, həm gənclərimizin, həmçinin də valideynlərin çoxu öz övladının peşə təhsili almasının yox, ali məktəbə qəbul olmasının arzusundadır. Agentlik peşə təhsilinin təbliği istiqamətində bir iş görürmü?

- Tamamilə doğru vurğuladınız ki, bizim fəaliyyətimizin əsas protetlərindən biri məhz budur. Bu istiqamətdə iş bir neçə şaxəli aparılır. Əməkdaşlarımız həm Agentlikdə, həm də məktəblərdə görüşlər keçirərək peşə təhsili barədə onları məlumatlandırır. Bundan başqa, gənclərin aktiv olduğu sosial platformalar üzərindən peşə təhsilinin vacibliyi təbliğ edilir. Bizim diqqət ayırdığımız daha bir məsələ orta məktəblərdə peşə təmayüllü siniflərin açılmasıdır. Bununla məktəblərdə şagirdlər başa düşürlər ki, peşə nədir. Beləcə onlarda peşə təhsilinə maraq yaranır. Ancaq işlər bununla bitmir. Sözsüz ki, biz peşə təhsili səviyyəsini artırmalıyıq ki, həm işəgötürənlərdə, həm də valideyn və şagirdlərdə peşə təhsilinə maraq yaransın. Bu istiqamətdə də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi başda olmaqla hamımız səylə çalışırıq.

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

107
Teqlər:
Strateji Yol Xəritəsi, Cənubi Koreya, Koreya, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi, Texniki Peşə Məktəbi, peşə təhsili, peşə
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

2
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

2
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19